Qafqaz Universitetlər Birliyinin növbəti konqresi
Tarix: 03.06.2014 | Saat: 01:14:00 | E-mail | Çapa göndər


Bu günlərdə Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində Qafqaz Universitetlər Birliyinin IV konqresi keçirilib.
"Qafqazın gələcəyində enerjinin rolu: region ölkələri həmrəyliyi" mövzusunda keçirilən konqres TİKA, Xəzər Strateji İnstitutu, Ankara Siyasi və İqtisadi Araşdırmalar Mərkəzi, Türkiyə İş Bankı, Ərdahan Universiteti tərəfindən reallaşdırılıb. Konqresdə Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız, bölgə ölkələrinin energetika nazirləri, Türkiyə Cümhuriyyəti Prezident Aparatının baş katibi, professor Mustafa İsen, Prezidentin müşaviri, professor Kamal Abdulla, Qafqaz Universitetlər Birliyinin sədri, Ərdahan Universitetinin rektoru, professor Ramazan Qorxmaz və digərləri iştirak edib.
Türkiyə universitetlərinin, İran İslam Respublikasının Təbriz Universitetinin, Gürcüstanın Axalsx Universitetinin rektorlarlarının da iştirak etdiyi konqresdə Azərbaycanı Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh Məhərrəmov təmsil edib. Rektor konqresdə çıxış edərək iki qardaş ölkə arasında sarsılmaz dostluq əlaqələrinin inkişafında elm, təhsil sahəsində əməkdaşlığın əhəmiyyətindən, Naxçıvan Dövlət Universitetinin Türkiyənin əksər universitetləri ilə çoxillik səmərəli tərəfdaşlığından danışıb. Qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti 2013-cü ilin may ayından etibarən Türkiyə Respublikasındakı universitetlərlə digər ölkələrdəki universitetlər arasında tələbə və müəllim mübadiləsini nəzərdə tutan Mövlanə Mübadilə Proqramında da uğurla təmsil olunur. Rektor vurğulayıb ki, 2009-cu ildə yaradılan, Naxçıvan Dövlət Universiteti də daxil olmaqla 60 universiteti özündə birləşdirən Qafqaz Universitetlər Birliyi Qafqazda yaşayan, ortaq coğrafiyanı və mədəniyyətləri paylaşan Azərbaycan-türk-gürcü xalqlarının elmi-intellektual inkişafında, tələbə gənclər arasında elmi-mədəni tərəfdaşlığın möhkəmlənməsində, təcrübə mübadiləsinin genişləndirilməsində böyük rol oynayır. Naxçıvan Dövlət Universiteti muxtar respublika rəhbərinin tövsiyə və qayğısı ilə Türkiyənin ali məktəbləri ilə əlaqələrini bundan sonra daha da genişləndirməyə çalışacaq.
14 ölkədən 67 universitet rektorunun iştirak etdiyi konqresdə bölgənin və region universitetlərinin ictimai elmlər, tibb elmləri və digər sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub. Konqresdə 13 universitet Qafqaz Universitetlər Birliyinin tərkibinə daxil edilib. Naxçıvan Dövlət Universiteti ilə Türkiyə Cümhuriyyətinin Kastomonu Universiteti, Cümhuriyyət Universiteti, Yakın Doğu Universiteti, Çankaya Universiteti, Ərzurum Texniki Universiteti və digər universitetləri arasında Mövlana Mübadilə Proqramı ilə bağlı protokol imzalanıb. Konqresdə Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız dünyada enerji böhranı, Türkiyənin enerji ehtiyatları, enerji sektoru kimi müttəfiqliyin əhəmiyyəti ilə bağlı məruzə edib. Sonra müvafiq dövlət nazirliklərinin nümayəndələrinin və rəsmilərin, o cümlədən universitet rektorlarının iştirakı ilə bölgədə enerji strategiyaları müzakirə olunub. Professor Saleh Məhərrəmov Qafqaz Universitetlər Birliyinin “Ədəbiyyat 2014” mükafatlandırma mərasimində də iştirak edib. Qafqaz Universitetlər Birliyinin növbəti konqresinin İran İslam Respublikasının Təbriz Universitetində keçirilməsi nəzərdə tutulur.
Mehriban SULTAN




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Zəfərlərə doğru
12.11.2018
“İrəli”nin intellektual yarışlarının Dağlıq Şirvan və Şəki- Zaqatala üzrə qalibləri müəyyənləşib
12.11.2018
Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər
12.11.2018
İran vətəndaşı daxili orqanlarında narkotik vasitələr keçirmək istədi
12.11.2018
Külli miqdarda xarici valyutanı gizlədərək keçirmək istədi

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10455

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info