Azərbaycanda yeni zavodun tikintisi başlayır
Tarix: 03.06.2014 | Saat: 01:21:00 | E-mail | Çapa göndər


Azərbaycanda müasir beynəlxalq standartlara uyğun azot gübrəsi istehsal olunacaq karbamid zavodunun inşası layihəsi üzrə işlər davam etdirilir. Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) verilən məlumata görə, zavodun inşası məqsədilə “Samsung Engineering Co. Ltd.” şirkəti ilə ARDNŞ arasında imzalanmış “Mühəndislik, satınalma və tikinti müqaviləsi” çərçivəsində başlanmış ilkin layihələndirmə işləri artıq tamamlanmaq üzrədir.
Qeyd edək ki, ilkin layihələndirmə işləri karbamid zavodunun tikintisi məqsədilə seçilmiş beynəlxalq nüfuzlu şirkətlər - amonyak istehsalı üzrə Danimarkanın “Haldor Topsoe A/S” və karbamid istehsalı üzrə Niderland Krallığının “Stamicarbon B.V.” şirkətləri tərəfindən təqdim edilmiş lisenziyalar əsasında həyata keçirilir. Eyni zamanda zavodun tikintisi ilə əlaqədar müfəssəl layihələndirmə işlərinə artıq start verilib, zavodun əsasını təşkil edən və hazırlanması uzun müddət tələb edən bir sıra iritutumlu avadanlıqlar sifariş edilib. Bundan başqa, karbamid zavodu üçün ARDNŞ tərəfindən ayrılmış sahənin tikintiyə hazırlanması işləri başa çatdırılıb, ərazidə geoloji-tədqiqat işləri həyata keçirilib. Karbamid zavodu layihəsini həyata keçirən baş podratçı “Samsung Engineering Co., Ltd.” şirkəti tərəfindən layihə ilə əlaqədar tikinti işlərinə artıq başlanılıb. Bununla əlaqədar layihənin idarə edilməsi və müstəqil təftiş işlərinin həyata keçirilməsi üzrə məsləhətçi şirkətin seçilməsi məqsədilə bu ilin mart ayında beynəlxalq açıq tender elan edilib. Qeyd edək ki, karbamid zavodunun tikinti işlərinin 2016-cı ilin sonlarında tamamlanması nəzərdə tutulur. Xammal olaraq təbii qazdan istifadə ediləcək.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Naxçıvanda “İslam filmləri həftəsi”nin açılış mərasimi keçirilib
25.09.2018
Lökbatanda salınmış abad məhəllədə əhali ilə görüş
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info