“Azərbaycan dünyanın enerji resursları ilə təchizatının təmin edilməsində əsas rol oynayır”
Tarix: 03.06.2014 | Saat: 16:44:00 | E-mail | Çapa göndər


“Azərbaycan dünyanın enerji resursları ilə təchizatının təmin edilməsində əsas rol oynayır və yaxın iki ildə ölkə Avropanın iri təchizatçısı olacaq”. Bu barədə ABŞ Prezidenti Barak Obamanın XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz-2014 (Caspian Oil&Gas) sərgisinin iştirakçılarına ünvanladığı təbrik məktubunda deyilir. Təbrik məktubunu sərginin açılışı mərasimində ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar oxuyub.
B.Obama qeyd edib ki, "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi Azərbaycan ilə beynəlxalq tərəfdaşlar arasında gərgin iş və sıx əməkdaşlıq tələb edir.
ABŞ Prezidentinin məktubunda vurğulanır ki, bundan başqa Birləşmiş Ştatlar bu layihənin həyata keçirilməsinə Avropaya qaz ixracının genişləndirilməsi yolunda vacib addım kimi baxır və buna kömək etməyə hazırdır: "Enerji resurslarının təchizatçısı kimi Azərbaycanın rolu iqtisadiyyatın şaxələndirilməsinin inkişafına yardım edəcək, qanunun aliliyini möhkəmləndirməyə icazə verəcək, eləcə də ölkə xalqının həyat səviyyəsinin yüksəlməsinə imkan yaradacaq. ABŞ göstərilən sahələrdə Azərbaycan ilə əməkdaşlığı qiymətləndirir".
Tural




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
Əli Kərimli mərasimləri, məzarlıqları özünün təbliğat tribunasına çevirməyə çalışır
21.08.2019
Əli Kərimlinin hərəkətləri şəhidlərimizə, onların yaxınlarına hörmətsizlikdən başqa bir şey deyil
21.08.2019
Mühacirlərin internet TV-ləri haradan maliyyələşir?
20.08.2019
Saakaşvili: “Qarabağ Azərbaycandır, bütün dünya bu fikirdədir”
20.08.2019
Xalq “5-ci kolon”a şans verməyəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
2 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info