Azərbaycanın birinci xanımı kardinal Can-Franko Ravazi ilə görüşüb
Tarix: 03.06.2014 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri, kardinal Can-Franko Ravazi ilə görüşüb.
Azərbaycana səfəri zamanı ölkəmizdə yüksək qonaqpərvərliklə qarşılandığını deyən kardinal Can-Franko Ravazi bunun Azərbaycan xalqına xas ənənə olduğunu qeyd edib. Kardinal ölkəmizə səfəri zamanı Prezident İlham Əliyevin Azərbaycan Respublikası ilə Vatikan Dövləti arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə onu "Dostluq" ordeni ilə təltif etməsini məmnunluqla xatırladıb. Vatikan ilə Azərbaycan arasında əlaqələrin inkişafına verdiyi töhfələrə və Müqəddəs Roma katakombalarının bərpasına görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirən Can-Franko Ravazi Fond tərəfindən görülən işləri yüksək qiymətləndirib.
Vatikanda olmaqdan məmnunluğunu ifadə edən Azərbaycanın birinci xanımı səfər çərçivəsində Roma Papası ilə keçirilən görüşün dövlətlərarası münasibətlərə töhfə verəcəyinə əminliyini ifadə edib.
Kardinal Can-Franko Ravazinin Azərbaycanın dostu olduğunu deyən Mehriban Əliyeva dövlətimizin başçısı İlham Əliyevin salamlarını çatdırıb və onu yenidən ölkəmizə səfərə dəvət edib.
Birgə layihələrin uğurla reallaşdırıldığını bildirən Heydər Əliyev Fondunun prezidenti ümumilikdə Fondun dünyanın müxtəlif ölkələrində ümumbəşəri əhəmiyyət daşıyan abidələrin bərpası işinə töhfələr verdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, Müqəddəs Roma katakombalarının bərpası ilə yanaşı, digər layihələr də həyata keçirilə bilər. Bu istiqamətdə Vatikan ilə əməkdaşlıq davam edəcək.
Sonra görüşdə Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Roma katakombalarının bərpası ilə bağlı aparılan işlərin birinci mərhələsi barədə məlumat verilib.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Dini liderlər Xocalı ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ediblər
21.02.2019
Azərbaycanda yeni zəli növləri aşkar edilib
20.02.2019
“Azərmarka” Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş müsabiqə elan edib
20.02.2019
Aqrar İnkişaf Könüllüləri aqrar jurnalistika ilə bağlı layihənin icrasına başlayıb
20.02.2019
Körpəyə vitamin vermək olar?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info