DSMF təmsilçiləri Türkiyədə təcrübə mübadiləsində iştirak ediblər
Tarix: 03.06.2014 | Saat: 17:35:00 | E-mail | Çapa göndər


2014-cü il mayın 25-dən 30-dək Azərbaycan Respublikasının 5 dövlət orqanını təmsil edən 10 nəfərdən ibarət nümayəndə heyəti Türkiyə Respublikasına səfər edib. Səfər Azərbaycan Prezidentinin 2008-ci il 10 dekabr tarixli 90 nömrəli sərəncamı ilə təsdiq edilmiş,“2008-ci il iyunun 3-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dövlət qulluğunun idarə olunmasının inkişafı və dəstəklənməsi haqqında Əməkdaşlıq Protokolu”na və ona dair imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında 2014-2015-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Planı”na uyğun olaraq idarəçiliyin təkmilləşdirilməsi, dövlət qulluğu sahəsində dəstək və təcrübə mübadiləsinin aparılması məqsədi ilə həyata keçirilib. Səfərdə Azərbaycan Dövlət Sosial Müdafiə Fondu Aparatının Kadr və kadr hazırlığı şöbəsinin müdir müavini Nigar Vahabzadə və Əmək pensiyaları şöbəsinin müdir müavini Dürdanə Müslümova iştirak ediblər. Nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, Bakı Apellyasiya Məhkəməsinin əməkdaşları da təmsil olunub. Tədbir çərçivəsində Azərbaycanın dövlət qulluqçuları üçün Türkiyənin təcrübəsini özündə əks etdirən “Dövlət Kadrlar İdarəsinin təşkilati quruluşu, vəzifə və səlahiyyətləri” və “Türkiyədə dövlət qulluğu sistemi” mövzularında təqdimatlar keçirilib.
İlkin




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info