142-“Qaynar xətt”inə əlilliklə bağlı müraciətlər azalıb
Tarix: 03.06.2014 | Saat: 17:52:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 -“Qaynar Xətt”inə əlillik və reabilitasiya məsələləri ilə bağlı müraciətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin may ayı ərzində 3 dəfəyə yaxın azalaraq 35-ə enib. Nazirliyin digər fəaliyyət sahələri ilə bağlı müraciətlərin sayı da azalmaqda davam edib. Belə ki, bu ilin may ayında 142 -“Qaynar Xətt”ə ünvanlı dövlət sosial yardımı, sosial müavinət və sosial xidmət məsələləri üzrə 368 müraciət daxil olub ki, bu da müqayisə olunan dövrə nisbətən 34 faiz azdır. Həmçinin müraciətlərin sayı məşğulluqla bağlı 52,8 faiz azalaraq 17-yə, əmək hüquqlarının təminatı ilə əlaqədar 34,4 faiz azalaraq 21-ə düşüb. Ümumilikdə “Qaynar Xətt”ə daxil olan müraciətlərin sayında 40 faizədək azalma özünü göstərib. Müraciətlərin əksər qismi son vaxtlarda nazirliyin fəaliyyət sahələrində aparılan islahat tədbirləri, habelə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərlə əlaqədar sorğu xarakteri daşıyıb. Nazirliyin aidiyyatı struktur bölmələrinin mütəxəssisləri tərəfindən hər bir müraciət cavablandırılıb, həmçinin şikayət məzmunlu müraciətlərlə bağlı müvafiq tədbirlər görülüb.


İlkin




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib
07.11.2018
Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
07.11.2018
Vərəsələrə verilmiş sığorta ödənişi ilə bağlı təsdiqedici sənədlər ictimaiyyətə təqdim olunub
07.11.2018
Tələbələrə adlı təqaüd təqdim edilib
07.11.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info