“Cənub Qaz Dəhlizi“ enerji təhlükəsizliyi baxımından əsas prioritetimiz olaraq qalır“
Tarix: 03.06.2014 | Saat: 18:04:00 | E-mail | Çapa göndər


"Cənub Qaz Dəhlizi" enerji təhlükəsizliyi baxımından bizim əsas prioritetimiz olaraq qalır və Avropa İttifaqı bu layihənin icrasını və genişlənməsini dəstəkləməkdə davam edəcək". Bunu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Malena Mard XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz-2014 (Caspian Oil&Gas) sərgi və konfransında çıxışı zamanı bildirib.
M.Mard deyib: "Cənub Qaz Dəhlizi" təkcə enerji təhlükəsizliyi baxımından deyil, həm də iş yerlərinin yaradılması və sosial-iqtisadi inkişaf baxımından əhəmiyyətli qarşılıqlı fayda gətirəcək. Avropa İttifaqı ikitərəfli əməkdaşlığımıza və bu layihənin icrasına xüsusi əhəmiyyət verir". Səfir bildirib ki, Azərbaycan Prezidenti və Avropa Komissiyasının prezidenti tərəfindən "Cənub Qaz Dəhlizi" üzrə birgə bəyanatın imzalamasından sonra böyük irəliləyiş əldə olunub ki, bu da Şahdəniz Konsorsiumu tərəfindən ötən ilin dekabrında yekun investisiya qərarının elan olunması ilə özünün kuliminasiya nöqtəsinə çatıb: "Biz hesab edirik ki, "Cənub Qaz Dəhlizi" Avropanın tələbatının ən azı 10 faizi, idealda isə 20 faizini ödəməlidir. Azərbaycan "Cənub Qaz Dəhlizi"nə böyük töhfə verəcək. Bu konteksdə Avropa Komissiyası zamanla "Cənub Qaz Dəhlizi"nin genişlənməsinə sadiq qalır. Bizim enerji sahəsində əməkdaşlığımızın çox möhkəm əsasları var. Bizim enerji təhlükəsizliyi baxımından ümumi məqsədlərimiz məhsuldar əməkdaşlıq, qarşılıqlı və uzunmüddətli fayda üçün əlverişli şərait yaradır. Avropa Komissiyası və ümumiyyətlə bütün Avropa adından demək istərdim ki, biz Azərbaycan ilə əməkdaşlığımızı genişləndirmək istəyirik".

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info