Hollandiyada 5 yaşlı qız xərcəng xəstələri üçün saçını kəsdirib
Tarix: 03.06.2014 | Saat: 18:27:00 | E-mail | Çapa göndər


Azərbaycan diasporunun üzvü xeyriyyəçiliyinə görə Şanel adlı bu qıza hədiyyələr verib

Haaqa şəhərində fəaliyyət göstərən “Kapsalon Tahira”nın sahibi azərbaycanlı xanım Tahirə Məhərrəmova Azərbaycan diasporunun aktivlərindəndir. Uzun illərdir Haaqada yaşayır və şəxsi biznesi ilə məşğuldur. Eyni zamanda Azərbaycan adına Hollandiyada fəaliyyət göstərən bir çox birlik və cəmiyyətlərin tədbirlərinə qatılır, əlindən gələn maddi və mənəvi köməkliyi Vətən naminə əsirgəmir. “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin mətbuat xidmətinin rəhbəri Nərgiz Cəfərova qəzetimizə bildirib ki, bu dəfə rastlaşdığı hadisə onu çox kövrəldib və öz “Facebook” səhifəsində paylaşaraq insanları mərhəmətli olmağa səsləyib: “Onun budəfəki müştərisi olan kiçik qızcığazın hərəkəti salonda olanları duyğulandırmışdı. Balaca Şanelin 5 yaşı olmasına baxmayaraq, uzun saçları vardı və o, saçlarını çox sevər, onlarla qürur duyardı. Ancaq böyük bacısının internetdə oxuduğu bir xəbər onu saçlarından vaz keçməyə məcbur etdi. Xəbər uşaq xərçənginə tutulan uşaqların xilas edilməsi üçün yaradılan “KiKa” Fondu haqqında idi. Artıq bir neçə aydır ki, Hollandiyada “KiKa” Fondu marafon keçirir və hesab nömrəsi açaraq insanları yardım etməyə səsləyir. “KiKa” Fondu toplanan vəsaiti uşaq xərcənginin müalicəsi yolunda daha çox nailiyyətlər əldə etmək üçün aparılan elmi araşdırmalara keçirir. Hollandiyada “KiKa”ya inanılmaz yardımlar edilir və artıq bir neçə milyon avro pul toplanıb. Maraqlıdır ki, bu aksiyaya daha duyğulu yanaşan uşaqlardır. Uşaqlar öz əl işlərini, rəsmlərini, oyuncaqları, suvenirləri, bilərzikləri, sırğaları, bişirdikləri keksləri qapıları döyərək insanlara 1-2 avroya sataraq yığılan pulu fonda keçirirlər. Xəbərdə deyilirdi ki, “KiKa”ya uşaq xərcəngindən əziyyət çəkən xəstə uşaqlara parik düzəltmək üçün saç da lazımdır. Şanel tərəddüd etmədən anasından saçını kəsməyi istəyib. Anası qızının hərəkətindən çox təsirlənib. Onu “Kapsalon Tahira”ya gətirib və Tahirə xanımdan qızın saçlarını səliqə ilə kəsib onlara verməsini istəyib. Səbəb aydın olanda salonda olanların hamısı duyğulanıb. Tahirə Məhərrəmova Şanelin saçını hörüb 30 sm kəsərək yeni forma verib. Əvəzində isə əmək haqqı almayıb və etdiyi xeyriyyəçiliyinə görə kiçik Şanelə hədiyyələr də verib”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info