Hollandiyada gənclərin fəaliyyəti gücləndirilməlidir
Tarix: 03.06.2014 | Saat: 19:11:00 | E-mail | Çapa göndər


Niderlanddakı Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti Brüsseldə müzakirə edilib. Diasporla İş üzrə Dövlət Komitəsinin təmsilçiləri və Azərbaycan KİV nümayəndələrinin iştirak etdiyi tədbirə Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşqın, Niderland Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Maisə Ağamirzəyeva, “Vahid, Bölünməz və Demokratik Azərbaycan Uğrunda Birlik” Cəmiyyətinin sədri İradə Uluxanlı, “Odlar Yurdu” Cəmiyyətinin rəhbəri Firəngiz Bağırova, Niderlandda yaşayan jurnalist Vüqar Abbasov və digəriləri qatılıb.
Toplantıda Niderlandda fəaliyyət göstərən diaspor təşkilatlarının uğurları, gələcək planları, problemləri və bu problemlərin həlli yolları müzakirə edilib. Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanov bildirib ki, təşkilatlar artıq mümkün olduğu qədər akademik fəaliyyət istiqaməti götürməli, lobbiçiliyin qurulmasında aktiv iştirak etməlidir. N.Qurbanov diaspor təmsilçilərimizi daha çox yerli deputatlar, bələdiyyə üzvləri ilə işləməyə, seçkilərə qatılan türklərə səs toplanmasına dəstək göstərməyə çağırıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri İlham Məmmədov isə Hollandiyada fəaliyyət göstərən diaspor təşkilatlarını daha fəal olmağa, Azərbaycanın milli maraqları ilə bağlı məsələlərdə birlik nümayiş etdirməyə çağırıb. İ.Məmmədov həmçinin bildirib ki, spesifik düşüncəyə malik Hollandiyada diaspora fəaliyyətinin istiqamətləri də özünəməxsusluq tələb edir. Xüsusilə gənclərlə daimi iş aparılmasının vacibliyini qeyd edib.
Niderland Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli diaspor fəaliyyətində və lobbi quruculuğunda ziyalıların potensialından daha effektiv istifadə edilməsinin və gənclərə diqqət ayrılmasının zərurliyini bildirib. O qeyd edib ki, gələcəyə hesablanmış siyasət yürüdərək yerli dili, qanunları, insanların psixologiyasını daha yaxşı bilən gənc nəslin siyasi fəaliyyətə cəlb olunması, onlara dəstək göstərilməsi vacibdir.
Hollandiyada ermənilərin qondarma soyqırımı təbliğatına qarşı davamlı mübarizəsindən danışan İlhan Aşkın bu sahədə mitinq və yürüşlərin əhəmiyyətini vurğulayıb. Belə ki, İ.Aşkın ermənilərin Almelo şəhərində abidə tikməsinə qarşı izdihamlı mitinqin keçirilməsinin, eləcə də yerli bələdiyyəyə davamlı olaraq etiraz məktublarının göndərilməsinin artıq yerli ictimaiyyətdə müəyyən reaksiyalara səbəb olduğunu, hətta ermənilərin öz arasında narahatlıq yaratdığını deyib. Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri həmçinin, yaxın vaxtlarda Hollandiyada ikinci Xocalı abidəsinin qoyulması istiqamətində iş aparıldığını da bildirib.
Toplantıda Azərbaycan diasporunun fəaliyyətində qadınların rolu, azərbaycanlıların holland cəmiyyətinə inteqrasiyasında qarşıya çıxan çətinliklər, türklərdən daha çox ermənilərin məskunlaşdığı Hollandiyada Azərbaycan həqiqətlərini qəbul etdirməkdə yaranan problemlər müzakirə edilib. Toplantıda iştirak edən diaspor təşkilatlarının rəhbərləri bir araya gələrək 2015-ci il üçün fəaliyyət proqramı və təkliflər paketi hazırlayaraq Dövlət Komitəsinə təqdim etməyi qərara alıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info