Evlərin qiyməti düşüb
Tarix: 03.06.2014 | Saat: 19:15:00 | E-mail | Çapa göndər


İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) bu ilin may ayında mənzil bazarında apardığı monitorinqlərin nəticələrini elan edib. Əmlak bazarında aparılan monitorinqlərə görə, ötən ay son 2 ildə ilk dəfə olaraq paytaxtda mənzillərin qiyməti əvvəlki aya nisbətən aşağı düşüb. Belə ki, bu ilin aprel ayına nisbətən may ayında qiymətlər 3.5 faizə yaxın azalıb. Bununla belə, bu ilin ilk 3 ayında həmin bazarda müşahidə edilən qiymət artımları səbəbindən ötən ay əvvəlki ilin may ayına nisbətən qiymətlər 6 faizə yaxın yüksəlib.
İSİM ekspertlərinin təhlillərinə görə, bu ilin ilk aylarında əmlak bazarında müşahidə edilən psxiloji və eləcə də süni qiymət artımlarından sonra bazarda aktivliyin azalması müşahidə edilib. Həmin aylardakı qiymət artımlarına rəğmən paytaxtın mənzil bazarında tələbatın ciddi artması müşahidə edilməyib. Doğrudur, İSİM-in apardığı monitorinq göstərir ki, birinci rübdə Bakının 3-cü və 4-cü zonalarında yerləşən mənzillərə tələbatın artması müşahidə edilsə də sonradan bu tendensiya durğunluq ilə əvəz edilib. Belə ki, Bakıda aparılan söküntülər fonunda paytaxtın mənzil bazarında nağd pulların daxil olacağı gözlənilsə də əmlak bazarı da daha çox psixoloji təzyiq müşahidə edilib: qiymətlərin artması bazara pulun daxil olması ilə müşahidə edilməyib. Nəticədə qiymət artımları may ayında azalma ilə əvəzlənib. Eyni zamanda, paytaxtın mənzil bazarında müşahidə edilən süni qiymət artımları da may ayında xeyili zəifləyib. Bazarın bu ilin ilk 5 ayındakı mənzərəsi daha çox psixoloji və süni faktorlara əsaslanıb və praktik olaraq iqtisadi təsirlər nisbətən zəif olub: ilin əvvəlində 100 min manata təklif edilən mənzil il ilk 4 ayda 110 min manatadək yüksəlsə də mayın yekunlarında 106 min manatadək azalıb. Deməli, may ayındakı durğunluq sadəcə artım tempinin qarşısını alıb.
İSİM ekspertlərinin proqnozlarına görə, mənzil bazarındakı durğunluq yay aylarında da davam edəcək. Hətta paytaxtın mərkəzi rayonlarında yerləşən mənzillərin qiymətlərin də müəyyən artımlar da müşahidə ediləcək. Sentyabr ayından başlayaraq isə mənzil bazarında durğunluğun aradan qalxacağı gözlənilir.
Mərkəzinin monitorinqləri göstərir ki, ötən ay Bakının mənzil bazarında qiymət azalmalarına baxmayaraq torpaq bazarında artım müşahidə edilib. May ayında paytaxtda torpaq bazarında 2 faizə yaxın qiymət artımı qeydə alınıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
Azərbaycan və Türkiyə iqtisadi əməkdaşlığı Bakıda müzakirə edəcəklər
15.09.2019
Polşa-Azərbaycan ticarət əlaqələri artacaq
14.09.2019
Kiçik və orta biznes sektorunda müsbət dəyişikliklər müşahidə edilməkdədir
14.09.2019
Azərbaycan İordaniyaya bal ixrac edəcək
14.09.2019
Qazaxıstanla ticarət artacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info