“Cənub Qaz Dəhlizi“ Azərbaycanı Avropa ölkələri ilə birləşdirəcək
Tarix: 03.06.2014 | Saat: 19:18:00 | E-mail | Çapa göndər


"Cənub Qaz Dəhlizi" bu layihə çərçivəsində qaz ixracının təmin olunması yolu ilə Azərbaycanı Avropa ölkələri ilə birləşdirəcək. Bu barədə BP şirkətinin rəhbəri Robert Dadli çərşənbə axşamı Bakıda XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz-2014 (Caspian Oil&Gas) sərgisinin açılışında deyib. Onun sözlərinə görə, "Cənub Qaz Dəhlizi" Avropanın lap ürəyini qazla təmin edəcək.
BP rəhbəri, həmçinin Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarının qəbul edilməsinin əhəmiyyətini qeyd edib: "Bu, neft-qaz sənayesində qəbul edilən ən mürəkkəb qərarlardan biridir". Onun sözlərinə görə, bu layihə çərçivəsində aparılan inşaat işlərinin genişləndirilməsi zamanı Azərbaycanda 10 mindən artıq, eləcə də "Cənub Qaz Dəhlizi"nin keçəcəyi ölkələrdə on minlərlə iş yerləri yaradılacaq.
2014-cü ildə imzalanmasının 20 ili tamam olan "Əsrin müqaviləsi"ndən danışarkən, R.Dadli qeyd edib ki, bu müqavilə sayəsində Azərbaycan yenidən dünyada qabaqcıl neft və qaz istehsalçılarının sırasına daxil oldu: "Biz "Azəri-Çıraq-Günəşli" üzrə müqavilənin imzalanmasının 20 illiyini qeyd edirik. 1994-cü ildən bəri çox şeyə nail olunub. Bu müqavilənin imzalanması BP kimi şirkətlərə və digər tərəfdaşlara, bu layihədə iştirak edən ölkələrin minlərlə vətəndaşlarına çox şeylər verdi". O əlavə edib ki, göstərilən müqavilə ölkənin iqtisadi artımına, eləcə də Azərbaycanın iqtisadi sahədə dünyanın digər dövlətləri ilə yeni əlaqələr qurmasına yardım edir. R.Dadli qeyd edib ki, 1997-ci ilin sonundan AÇG-dən 2,5 milyard barel həcmində neft hasil olunub ki, bu da böyük həcmdir: "Son 9 il ərzində Ceyhan terminalından AÇG-dən hasil olunan neftlə 2500-ə yaxın tanker yüklənib. Biz tərəfdaşlarımız ilə ölkədə sosial sahədə layihələrin reallaşdırılmasına 16 milyon dollara yaxın sərmayə qoymuşuq".

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info