Heydər Əliyevin xatirəsinə həsr olunmuş Beynəlxalq Kubok yarışı keçirilib
Tarix: 03.06.2014 | Saat: 19:44:00 | E-mail | Çapa göndər


Xaçmaz rayonunun Yalama qəsəbəsində səmti müəyyən etmə idman növü üzrə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Beynəlxalq Kubok yarışıkeçirilib. Artıq ənənə halını almış bu yarışa Azərbaycanın müxtəlif nazirlik, idarə, təşkilat, ali təhsil müəssisəsi, idman klubları və s. təmsil edən 20-dən çox komanda və 12 ölkəni təmsil edən idmançılar qatılıblar. Yarışda “elit”, “open” və “junior” kateqoriyaları üzrə ümumilikdə 200-dən çox idmançı mübarizə aparıblar. İdmançıların yarışdıqları ərazidə video-nəzarət məntəqəsinin quraşdırılması ilk dəfə yarışı internet vasitəsilə canlı olaraq izləməyə imkan verib. Yarışın ilk günündə uzun məsafə üzrə kişilər arasında Aleksandr Trempoltsev (Rusiya) 7.5 km məsafədə 14 nəzarət məntəqəsində qeyd olunaraq bütün rəqiblərini geridə qoymuş və finiş xəttinə birinci çatıb. Finlandiyalı idmançı Timo Elo ikinci yeri tutub. Rəqibindən bir neçə dəqiqə geridə qalan Türkiyəli Yaşar İsmət Dəmiröz bürünc medal qazanıb. Qadınlar arasında 5.7 km məsafədə 13 nəzarət məntəqəsindən qeydiyyatdan keçməklə təşkil olunmuş yarışda Neftçi İK-nun idmançısı Nataliya Əliyeva qızıl medal qazanıb. Minayeva Yelena (Alp Klub 2) ikinci, Büşra Muslu (Türkiyə) isə üçüncü olub. Yarışın ikinci günündə kişilər arasında qısa məsafə üzrə Türkiyəli idmançı Yaşar İsmət Dəmiröz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Gümüş medalı İsveçli Henrik Flordal qazanıb. Üçüncü yeri Xüsusi Dövlət Mühafizə Xidmətinin idmançısı İlham Quliyev tutub. Qadınlar arasında yarışda isə Türkiyəli Büşra Muslu qızıl medal qazanıb. Nataliya Əliyeva ikinci, Minayeva Yelena isə üçüncü olub. İki günün umumi nəticələrinə əsasən Türkiyə komandası birinci yeri tutub. İkinci və üçüncü yeri müvafiq olaraq Dağçılıq İdman Klubu və Xüsusi Dövlət Mühafizə Xidməti tutub. Qaliblər medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info