İnnovativ sahibkarlığın inkişafı vacibdir
Tarix: 03.06.2014 | Saat: 19:59:00 | E-mail | Çapa göndər


Rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri (Kibernetika) İnstitutunda olub. Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, institutun direktoru, akademik Telman Əliyev elmi-tədqiqat işləri, əldə olunan nailiyyətlər, patentlər, xaricdə nüfuzlu jurnallarda dərc olunmuş məqalələr, institutun təklif etdiyi layihələr, hazırlanmış cihazlar, qurğular və s. haqqında ətraflı məlumat verib.
Ə.Abbasov institutda yaradılmış anomal seysmik proseslərin monitorinqi üçün “Robust Noise Monitoring” stansiyaları şəbəkəsinin (RNM ASP) işi ilə tanış olub.
Qum adasında, Şirvan, Naftalan şəhərlərində, Siyəzən, Neftçala, Qazax rayonlarında, Naxçıvan Muxtar Respublikasında, Türkmənistan ərazisində, İdarəetmə Sistemləri İnstitutunun sığınacaq yerində 5 metr dərinlikdə yerləşdirilmiş quyu və bu stansiyalardan qəbul olunan anomal seysmik proseslərin siqnallarının qəbulu və emal edilməsi prosesi barədə məlumat verilib.
Nazir anomal seysmik proseslərin monitorinqi üçün “Robust Noise Monitoring” stansiyaları şəbəkəsinin (RNM ASP) böyük əhəmiyyət kəsb etdiyini, institutda təklif edilən nəzəriyyələrin və texnologiyaların dünya miqyasında qəbul edildiyini və qlobal məsələlərə həsr olunduğunu, bu işlərin geniş miqyasda tətbiq edilməsi üçün innovativ sahibkarlığın və elmin kommersiyalaşdırılmasının vacib olduğunu qeyd edib. Ə. Abbasov Rabitə və Yüksək Texnologiyalar Nazirliyi-ARDNŞ - AMEA arasında birgə əsaslandırılmış layihələrin tərtib edilməsi və bu layihələr üzrə qurğuların texnoparklarda kütləvi şəkildə hazırlanması təklifini irəli sürüb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Qobustan qəsəbəsinin problemləri həll edilir
23.01.2019
Qazaxda uşaq bağçası əsaslı təmirdən sonra balacaların ixtiyarına verilib
23.01.2019
Gəncədə müasir tipli iki yeni qəsəbə salınacaq
23.01.2019
Nəsimi rayonu 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində ilin yekunları
23.01.2019
Ağstafada 9,3 kilometrlik avtomobil yolu yenidən qurulur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info