Ədliyyə orqanlarına qulluğa qəbul olmaq istəyənlər imtahan veriblər
Tarix: 03.06.2014 | Saat: 20:00:00 | E-mail | Çapa göndər


Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı keçirilib. Şəffaflığın təmin edilməsi, o cümlədən yerli və beynəlxalq müşahidəçilərin tədbiri tam izləmələri məqsədilə imtahan bütün namizədlər üçün vahid auditoriyada - Azərbaycan Texniki Universitetinin İdman sarayında, Bakı şəhəri, A.Sultanova küçəsi, 5 ünvanında saat 10:00-da başlanıb. Müsabiqədə iştirakla bağlı 390-a yaxın hüquqşünas müraciət edib. Vakant ştat vahidləri isə əsasən Ədliyyə Nazirliyinin yerli icra və qeydiyyat qurumlarında, eləcə də regional ədliyyə şöbələrindədir.
Ədliyyə Nazirlyinin Kadrlar İdarəsinin rəisi Rauf Məhərrəmov bildirib ki, imtahanım gedişi internet vasitəsilə Ədliyyə Nazirlyinin rəsmi saytında canlı olaraq birbaşa yayımlanır. Bundan əlavə, imtahanın gedişi ictimai təşkilatların nümayəndələri tərəfindən də əyani olaraq müşahidə edilir.
O, həmçinin qeyd edib ki, imtahanda iştirak edən namizdələrin 50 faizi əmək fəaliyyətinə ilk dəfə ədliyyə orqanlarından başlayır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə isə deyib ki, 3 saat davam edən imtahandan sonra cavablar 2 saat ərzində yoxlanılıb elan olunacaq.
Qeyd edək ki, ədliyyə orqanlarında işləmək arzusunda olan hüquqşünaslar üçün cari ilin fevral ayından başlanmış sənəd qəbulu may ayının 26-da başa çatıb. Namizədlər üçün imtahanlara mükəmməl hazırlaşmalarına və yüksək nəticələrə nail olmalarına kömək məqsədilə Ədliyyə Akademiyasında xüsusi proqram əsasında hazırlıq kursu təşkil olunub, test imtahanı və söhbət mərhələsində sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlara dair xülasə və "Yaddaş kitabçası" nazirliyin internet səhifəsində yerləşdirilib.
Qaydalara əsasən, test imtahanının yekununa görə 55 və daha artıq bal toplamış namizədlər uğur qazanmış hesab olunur. Həmin namizədlərin zəruri sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə - söhbətə buraxılacaqlar.

Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info