Qay Rayder: “Azərbaycanın BƏT ilə əlaqələri inkişaf etdirməsində maraqlıyıq”
Tarix: 03.06.2014 | Saat: 20:27:00 | E-mail | Çapa göndər


Beynəlxalq Əmək Təşkilatının (BƏT) Beynəlxalq Əmək Konfransının 103-cü sessiyasında iştirak etmək üçün İsveçrə Konfederasiyasının Cenevrə şəhərində səfərdə olan Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla BƏT-in Baş Direktoru Qay Rayder arasında görüş olub. Ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahələrində aparılan islahatlar, əmək bazarının inkişafı yönündə görülən işlər barədə məlumat verən S.Müslümov bu islahatlar prosesində beynəlxalq təşkilatlarla əməkdaşlığın daim gücləndirildiyini vurğulayıb: “Azərbaycan BƏT-in 56 Konvensiyasını ratifikasiya edib. Bu Konvensiyalardan irəli gələn yanaşmalar ölkənin milli qanunvericiliyində əksini tapıb. Eyni zamanda, əməyin mühafizəsi ilə bağlı beynəlxalq normaların tətbiqinə daim xüsusi diqqət yetirilir və BƏT-lə əməkdaşlıq çərçivəsində layiqli əməyin təminatı üzrə ölkə proqramı icra olunub”. BƏT-lə uğurlu əməkdaşlıq təcrübəsinin gələcəkdə bu əməkdaşlığın genişləndirilməsi üçün mühüm stimul olduğunu bildirən nazir xüsusən əməyin mühafizəsi sahəsində milli müstəvidə səmərəli fəaliyyət mexanizminin qurulmasında BƏT-in dəstəyinin dəyərli ola biləcəyini deyib: “Azərbaycanda Əməyin mühafizəsi və təhlükəsizliyi üzrə Strategiya hazırlanıb və həmin Strategiyaya BƏT-in ekspertiza dəstəyinin göstərilməsi olduqca əhəmiyyətli olardı. Bununla yanaşı, BƏT-lə əməkdaşlığın qeyri-formal məşğulluğa dair əhali (xüsusilə gənclər arasında) arasında əhatəli sorğuların keçirilməsi və monitorinq sisteminin yaradılması təcrübəsinin formalaşdırılması sahəsini də əhatə etməsi məqsədəuyğun ola bilər”. S.Müslümov əmək bazarı ehtiyaclarının proqnozlaşdırılması sahəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin institusional potensialının gücləndirilməsi, əmək statistikasının təkmilləşdirilməsi, əmək haqqı (minimum əmək haqqı) siyasətinin inkişaf etdirilməsi və digər sahələrdə də BƏT-lə əməkdaşlığın həyata keçirilməsinin əhəmiyyətli ola biləcəyini diqqətə çatdırıb və BƏT Baş direktorunu Azərbaycana səfər etməyə dəvət edib.
Q.Rayder Azərbaycanda aparılan uğurlu islahatları və Azərbaycanın BƏT ilə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu məmnunluqla qeyd edib. Səslənən təklifləri müsbət qarşılayan Q.Rayder gənclərin məşğulluğu və əməyin mühafizəsi və təhlükəsizliyi məsələsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib, Azərbaycanın bu sahədə gördüyü işlərin təqdirəlayiq olduğunu bildirib və ölkəmizə səfər etmək arzusunu ifadə edib.
Görüşdə Azərbaycanla BƏT arasında gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

İlkin




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
Azərbaycan Xalça Muzeyinə “Milli” statusu verilib
15.07.2019
Şamaxıda vikipediyaçıların üçüncü Vikidüşərgəsi baş tutdu
15.07.2019
İyulun 17-də Ay tutulması baş verəcək
14.07.2019
Sabahın hava proqnozu açıqlanıb
14.07.2019
Naftalanda 200 yerlik körpələr evi-uşaq bağçası üçün yeni bina tikilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info