ATİ Mövlanə Mübadilə Proqramı çərçivəsində müqavilələr imzalayıb
Tarix: 03.06.2014 | Saat: 20:48:00 | E-mail | Çapa göndər


Azərbaycan Turizm İnstitutunun (ATİ) rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov Qafqaz Universitetlər Birliyinin təşkilatçılığı ilə Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində keçirilmiş “Qafqazın gələcəyində enerjinin rolu , bölgə ölkələrinin həmrəyliyi “ mövzulu konfransın iştirakçısı olub. Qafqaz Universitetlər Birliyinin rəhbəri Prof. Dr. Ramazan Korkmazın açılış nitqindən sonra Ardahan şəhərinin valisi Seyfettin Əzizoğlunun , Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmovun, Təbriz Universitetinin rektoru Purmuhəmmədinin, Qırğızıstan- Manas Universitetinin rektoru Sebahettin Balçının, Gürcüstanın Kavartxeti Universitetinin rektoru Merab Beridzenin çıxışları dinlənilib. Konfransda Qafqaz Universitetlər Birliyinin 2014- cü il üçün ədəbiyyat sahəsi üzrə təltif edilmə törəni təşkil olunub, Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldızın “Qloballaşan dünyada enerjinin rolu : Qafqaz misalı” mövzusuna dair məruzəsi isə iştirakçılar tərəfindən maraqla qarşılanıb. Konfransın gündəliyinə əsasən Qafqaz Universitetlər Birliyinə yeni seçilmiş universitetlərin təqdimatı ilə bərabər, əməkdaşlığa dair müqavilələr də imzalanıb. Onu da qeyd etməliyik ki, Azərbaycan Turizm İnstitutu Mövlanə Mübadilə proqramı çərçivəsində əməkdaşlıq etdiyi universitetlərin şəbəkəsini daha da genişləndirib. ATİ Türkiyənin müxtəlif universitetləri (Ordu,Beykent , Nevşehir,Uşak universitetləri) və Kipr Türk Cümhuriyyətinin Yakın Doğu universiteti ilə əməkdaşlıqa dair müqavilələr imzalayıb. Konfrans tibb, humanitar elmlər və fənn üzrə araşdırmaların yekun nəticələrinə dair məruzə- çıxışlarla başa çatıb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info