Miqrant kvotasının ləğvi Rusiya üçün nə deməkdir?
Tarix: 04.06.2014 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


Rusiya Dövlət Dumasında miqrantların kvotası ləğv edilir. Düzəlişlərin müəllifləri kimi “Vahid Rusiya” partiyasında Dumanın təhlükəsizlik və antikorrupsiya komitəsinin sədri, millət vəkili İrina Yarova çıxış edib.
Sənəd parlamentin aşağı palatasına təqdim edilib. Sənədin əsas özəlliyi ondan ibarətdir ki, bundan sonra hüquqi şəxslər və fərdi sahibkarlar əcnəbilərdən patent alınması əsasında işlə təmin ediləcəklər. Bu da ölkədə son dövrlərə qədər mövcud olan kvota mexanizminin ləğvinə gətirib çıxaracaq. Sənədin əsas məziyyətləri barədə məlumat verən Yarova bildirir ki, biz immiqrasiya siyasətini həyata keçirən yeni bir sistem təklif edirik: “Bizim təklif etdiyimiz sistem bir müddət əvvəl ölkə prezidentinin elan etdiyi mövqe ilə tam üst-üstə düşür. Bunun əsas məğzi ondan ibarətdir ki, ölkədə kölgə bazarı öz mövcudluğunu dayandırsın. Biz müəyyən etməyə çalışırıq ki, biznez polisin funksiyasını yerinə yetirməsin. Bu həqiqətdir ki, ölkədə qanuni və ya qanunsuz işəgötürmələr həyata keçirilir. Belə olan halda, Rusiya vətəndaşları ilə yanaşı miqrantların da qanuni hüquq və mənafeləri balanslaşdırılmış şəkildə təmin edilsin. Ölkədə miqrantların statusunun müəyyənləşdirilməsi vahid bir sənədlə tənzimlənməli və onların könüllü tibbi sığortası və patent dəyərinin ödənişi həyata keçirilməlidir .
Yalnız belə bir sənədin mövcudluğu işəgötürəni düzgün qərar qəbul etməklə yanaşı, miqranta da öz hərəkətlərinə rəğmən işəgötürəndən asılılığa şərait yaratmır.
Əlbəttə, bütün bunlar bizim üçün əmək bazarının tənzimlənməsi baxımından vacibdir. Bu məsələlər regional səviyyədə hər il ərazinin sosial-iqtisadi inkişaf proqnozu qəbul edərkən həll olunacaq. Bunun üçün yeni sənaye müəssisələrinin yaradılmasını planlaşdırırıq”.
Patentin miqdarına və onun hansı təşkilata ödəniləcəyinə aydınlıq gətirən Yarova bildirib ki, bu məsələ ilə ancaq FMX məşğul olacaq: “Bu məsələ birbaşa onların funksiyasına daxil ediləcək. Daha bir vacib məsələ odur ki, miqrantların saxta tibbi sığorta sertifikatları ələdə etmələrinin kifayət qədər kütləvi xarakter alması barədə bizdə faktlar var. Hətta, qeyri-rəsmi mənbələrdən bu prosedurun məbləği haqda da məlumatlar əldə etmişik.
Ona görə də biz bu məsələ üzərində də nəzarəti gücləndirmək niyyətindəyik”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info