“SOCAR Turkey Enerji” Türkiyədəki layihələrinə 5 milyard dollar yatıracaq
Tarix: 04.06.2014 | Saat: 00:50:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə şirkəti olan “SOCAR Turkey Enerji” 2015-ci ilə qədər Türkiyədəki layihələrinə 5 mlrd. dollar yatıracaq.
Bu barədə “SOCAR Turkey Enerji” şirkətinin rəhbəri Kənan Yavuz bildirib. Onun sözlərinə görə, “SOCAR Turkey Enerji” artıq Türkiyənin ən böyük investoruna çevrilib: “Bu günə qədər şirkət Türkiyədəki layihələrinə 3,5 mlrd. dollar investisiya qoyub. Bu ilin sonuna qədər isə daha 1 mlrd. dollar investisiya yatırılacaq. Yatırımlarımız neft-kimya, logistika, enerji, daşıma, “TransAnadolu” təbii qaz kəməri layihəsinin, Petlim limanının və külək dəyirmanının tikintisinin əhatə edir. Gələcəkdə isə investisiya portfeli 20 mlrd. dollara çatdırılacaq”. K. Yavuz xatırladıb ki, keçən həftə “Star” neft emalı zavodunun tikintisində çox böyük uğur əldə olunub: “Bu, Avropa və Türkiyənin ən böyük layihəsidir. Biz bu günlərdə 18 il müddətinə 3,5 mlrd. dollarlıq layihənin maliyyələşdirilməsi müqaviləsi imzaladıq. Yaponiya, ABŞ, Koreya, İspaniya və İtaliyadan olan 23 beynəlxalq bankı bu müqaviləyə cəlb etdik. İnşallah, 46 ay sonra, yəni 2017-ci sonunda “Star” neft emalı zavodu fəaliyyətə başlayacaq”. K. Yavuz deyib ki, bu zavod istifadəyə verildikdən sonra Türkiyənin ən böyük sənaye şirkəti olacaq.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib
19.09.2018
Qubada yol tikintisinə 10,8 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info