Norveçin Baş naziri: “Azərbaycan etibarlı tərəfdaş olduğunu sübut edib”
Tarix: 04.06.2014 | Saat: 00:53:00 | E-mail | Çapa göndər


Norveç Krallığının Baş naziri Erna Solberq Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ilə bağlı Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb: Hörmətli cənab Prezident, Sizi təbrik edirəm. Azərbaycan xalqı və hökumətinə Bakıda 21-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və Konfransının təşkil edilməsinə görə minnətdarlığımı ifadə edirəm.
Xəzər regionunun dünya enerji bazarları üçün vacibliyi getdikcə artmaqdadır və Azərbaycan bu sahədə uzun illərdir ki, liderlik edir və həm istehsalçı, həm də ixracatçı ölkə kimi özünün etibarlı tərəfdaş olduğunu sübut edib.

Avropa və digər ölkələr üçün uzunmüddətli, etibarlı və sabit enerji təchizatçısı rolunu oynamaqda Norveçin və Azərbaycanın məqsədləri üst-üstə düşür. 20 il bundan əvvəl, 1994-cü ilin payızında Bakıda “Əsrin Müqaviləsi” imzalanmışdır. Bu, vacib və cəsarətli qərar olmuşdur. 2013-cü ilin dekabrında isə Avropaya istiqamətlənən “Cənub” qaz dəhlizinin həyata keçirilməsinə imkan verəcək “Şahdəniz-2” Yekun İnvestisiya Qərarı qəbul edilmişdir.
“Statoil” 1992-ci ildən Azərbaycanda fəaliyyət göstərir və yuxarıda sadalanan bütün mühüm qərarların qəbul olunmasında iştirak etmişdir. Məmnunam ki, Norveçin bir neçə şirkəti Azərbaycanın neft və qaz sənayesinin inkişafında fəal iştirak etmişdir.
Mən, həmçinin müxtəlif ölkələrin və şirkətlərin birgə çalışdığı Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü çərçivəsində də Azərbaycan ilə əməkdaşlıqdan məmnunam.
Korporativ sosial məsuliyyətin əhəmiyyəti getdikcə artmaqdadır. Hökumətlər, özəl şirkətlər və vətəndaş cəmiyyətləri davamlı inkişafın və rifahın təmin edilməsində mühüm rola malikdir.
İki gündən sonra biz Azərbaycan və Norveç arasında diplomatik münasibətlərin yaranmasının 22 illiyini qeyd edəcəyik. Sizinlə əməkdaşlığımızın yeni onilliklərini gözləyirik”.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info