Müdafiə Nazirliyinin xüsusi mühafizə bölüyünə qəbul elan edilir
Tarix: 04.06.2014 | Saat: 16:19:00 | E-mail | Çapa göndər


Müdafiə Nazirliyinin xüsusi mühafizə bölüyünə qəbul elan edilir. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, xüsusi mühafizə bölüyünə müddətdən artıq həqiqi hərbi xidmətə daxil olmaq arzusunda olan, yaşı 20-dən 30-dək, boyu 175 sm.-dən hündür, həqiqi hərbi xidmət keçmiş (kişilər üçün), məhkum olunmamış, əvvəllər əsgər, matros və çavuş vəzifələrində bağlaşma əsasında könüllü hərbi xidmətdə olarkən hərbi qulluqçuların şərəfini ləkələyən və nalayiq hərəkətlər törətməyən, ali yaxud tam orta təhsilli, Bakı şəhərində yaşayan Azərbaycan Respublikasının vətəndaşları dəvət edilir.
Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaq, xarici dil bilən namizədlərə üstünlük veriləcəkdir.
Xidmətə qəbul olmaq istəyən şəxslər 2014-cü il iyul ayının 15-dək (şənbə və bazar günlərindən başqa) saat 10.00-dan 17.00-dək Müdafiə Nazirliyinin Komendantlığına ərizə ilə müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Parlament prospekti, 3.
Əlaqə telefonları: (012) 539-59-04.
Müraciət etmək istəyənlər qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ərizə, həqiqi hərbi xidmətə daxil olmağa könüllü razılığı barədə yazılı öhdəlik, şəxsən yazılmış tərcümeyi-hal (əl və kompyuter ilə yazılmış), təhsil haqqında sənədin surəti, doğum haqqında şəhadətnamənin surəti, nikah haqqında şəhadətnamənin surəti (nikah varsa), uşaqların doğum haqqında şəhadətnamənin surəti (uşaqları olduğu halda), xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə, hərbi hissədən (evlər idarəsindən, müvafiq icra hakimiyyəti orqanından) ailə tərkibi və yaşayış yerindən arayış, səhhətinə görə müvafiq qoşun növündə (xidmətdə, lazım gəldikdə həm də müvafiq ərazidə) hərbi xidmətə yararlı olması barədə hərbi-həkim komissiyasının qərarını və 3x4 sm. ölçüdə və 9x12 sm. ölçüdə 2 ədəd fotoşəkil (başı açıq, anfas) təqdim etməlidirlər.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info