Benilüks Azərbaycanlıları Konqresi Avropa Parlamentində akkreditasiyadan keçib
Tarix: 04.06.2014 | Saat: 16:43:00 | E-mail | Çapa göndər


Benilüks Azərbaycanlıları Konqresi (BAK) Avropa Parlamentində akkreditasiyadan keçib, eyni zamanda soyqırımı problemlərini araşdıran aparıcı Avropa institutları ilə danışıqlara başlayıb. Bu barədə BAK-ın prezidenti Sahil Qasımlı bildirib. O qeyd edib ki, artıq BMT-nin Avropa üzrə Cenevrədəki ofisində də akkreditasiyadan keçmək üçün müraciət olunub və tezliklə müsbət cavab alınacağı gözlənilir: “Bu kimi təşkilatlarda akkreditasiyadan keçmək orada rəsmən tanınmaq deməkdir və bu da Azərbaycan həqiqətlərini dünyaya tanıtmaqda çox mühüm rol oynayır”. BAK rəhbəri bildirib ki, Azərbaycan diasporunun yeni başlamaq istədiyi lobbiçilik hərəkatında bu çox həlledici məqamdır: “Avropa Parlamentində akkreditasiyadan keçmək daha geniş imkan verəcək ki, üzv olan 28 ölkə ilə ciddi işlər görək. Bunun çox səmərəli nəticələri olacaq”.
S. Qasımlı onu da deyib ki, gələn il ermənilərin Avropada uydurma erməni soyqırımının 100 iliyinin keçirilməsi ilə bağlı planları var və Azərbaycan diasporu buna qarşı ciddi hazırlıqlar görür: “Dünya erməni diasporu bununla bağlı Avropada ciddi nəsə eləmək istəyir. Tezliklə bizim qurultayımız olacaq ki, biz orada ciddi qərarlar qəbul edib planlar quracağıq. Bizim ciddi addımlarımız olacaq”. BAK rəhbəri qeyd edib ki, gələn il Azərbaycanda keçiriləcək Avropa Yay Olimpiya oyunları ilə bağlı ermənilərin Avropada əks təbliğat aparılması gözlənilir: “Bunun da qarşısının alınması üçün biz işimizi quracağıq”.
O artıq Avropa Parlament üzvlərinə məktubların göndərilməsinə başlandığını bildirib: “Həmçinin Haaqada dünyada baş vermiş soyqırımlarını analiz edən institutlar var ki, onlarla hazırda ciddi iş aparır. Danışıqlarda bizə bildirilir ki, qondarma bir erməni soyqırımı barədə düşünməkdənsə, yaxın tarixdə baş verən real Xocalı soyqırımını də nəzərə alıb bu institutlarda qeydə almaq lazımdır. Əminəm ki, tezliklə Avropada bu soyqırımına hüquqi və siyasi qiymətlərin verilməsi üçün bu institutların böyük rolu olacaq”.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info