Mehriban Əliyeva Roma meri ilə görüşüb
Tarix: 04.06.2014 | Saat: 16:50:00 | E-mail | Çapa göndər


İtaliyada səfərdə olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Roma şəhərinin meri İqnatsio Marino ilə görüşüb.
Görüş zamanı Azərbaycanla İtaliya arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyən Roma meri bu əməkdaşlıqdan məmnunluğunu dilə gətirib.
İ.Marino dövlətlərimiz arasında humanitar, iqtisadi, siyasi, energetika və digər sahələrdə geniş əlaqələrin olduğunu bildirib, münasibətlərimizin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.
Roma meri Azərbaycanın qədim və zəngin mədəniyyətə malik bir ölkə olduğunu vurğulayıb, mədəniyyətimizin təbliği istiqamətində Heydər Əliyev Fondu tərəfindən görülən işləri yüksək qiymətləndirib. O, Romanın Kapitolini Muzeyinin “Filosoflar zalı”nda Heydər Əliyev Fondunun dəstəyi ilə təmir işlərinin aparılmasına görə M.Əliyevaya minnətdarlığını bildirib.
M. Əliyeva keçirilən görüşün əhəmiyyətini vurğulayaraq, Fond tərəfindən Vatikanda görülən işlərdən danışıb. Romada Nizami Gəncəvinin abidəsinin ucaldılmasına görə bir daha bu şəhərin merinə minnətdarlığını bildirən Azərbaycanın birinci xanımı İ.Marinonu ölkəmizə səfərə dəvət edib. Roma şəhərinin meri dəvəti məmnunluqla qəbul edib.
Görüşdə gələcəkdə də ölkələrimiz arasında əlaqələrin genişlənməsinə dair fikir mübadiləsi aparılıb.
Sonra M. Əliyevaya Romanın mərkəzi küçələrindən biri olan Alezandrina küçəsində başlanılan arxeoloji qazıntılar barədə məlumat verilib. Roma şəhərinin meri bu layihəni ölkəmizlə birgə həyata keçirmək arzusunda olduğunu söyləyib. M. Əliyeva Heydər Əliyev Fondunun İtaliya ilə elm, mədəniyyət və digər sahələrdə birgə layihələr həyata keçirməkdə hər zaman maraqlı olduğunu bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
18.01.2019
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info