Vyetnam mətbuatında “2014-cü ilin ən nüfuzlu xanımının Vyetnama səfəri“ məqaləsi
Tarix: 04.06.2014 | Saat: 17:50:00 | E-mail | Çapa göndər


Vyetnamın 15 milyondan çox üzvü olan Qadınlar Birliyinin mətbu orqanı "Vyetnam qadını" jurnalının iyun buraxılışında Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həsr olunmuş "2014-cü ilin ən nüfuzlu xanımının Vyetnama səfəri" sərlövhəli məqalə dərc edilib.
Məqalədə bu il mayın 18-19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfəri çərçivəsində birinci xanım Mehriban Əliyevanın bu ölkəyə gəlməsi yerli kütləvi informasiya vasitələri ilə yanaşı, sadə vyetnamlıların da böyük marağına səbəb olduğu vurğulanıb.
Dünyanın 135 ölkəsinə yayılan jurnaldakı məqalədə Mehriban Əliyevanın Azərbaycanın ictimai-siyasi və mədəni həyatındakı rolundan geniş bəhs olunub. Bildirilib ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu, onun təşəbbüsü ilə təsis edilmiş və bir neçə xarici dildə nəşr olunan "İrs" jurnalı Azərbaycan mədəniyyətinin dünyada təbliğ olunmasına böyük töhfələr verir. Azərbaycanın xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılmasında və inkişaf etdirilməsi sahəsində əvəzsiz xidmətlərinə görə Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.
Yazıda Mehriban Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondunun Azərbaycanda və dünyanın bir sıra ölkələrində həyata keçirdiyi xeyriyyəçilik tədbirləri haqqında məlumatlar da yer alıb. Həmçinin Mehriban Əliyevanın Milli Məclisin deputatı və hakim Yeni Azərbaycan Partiyasının sədr müavini kimi siyasi fəaliyyətindən də bəhs olunub.
Qeyd edilib ki, Mehriban Əliyeva çoxşaxəli fəaliyyətinə görə Azərbaycanda və dünyada bir sıra mötəbər mükafatlara layiq görülüb, müxtəlif yerli və xarici təşkilatlar tərəfindən keçirilib ictimai rəy sorğularında bir neçə dəfə ilin ən nüfuzlu xanımı seçilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Səfir Mixail Boçarnikov: Azərbaycanda yaşamaq və işləmək olduqca maraqlıdır
21.05.2019
Şəhid Adil Tatarovun il mərasimi keçirilib
21.05.2019
Sumqayıt hadisələri ilə bağlı sənədli film çəkən Davud İmanov kim olub?
21.05.2019
Daxili işlər naziri Qəbələ və Bakıda sıra baxışı keçirib: 361 nəfər xidmətə qəbul olunub
21.05.2019
Prezidentin satıcı ilə söhbəti - Video

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info