AÇG-də illik neft hasilatının həcmi 35 milyon tona çatacaq
Tarix: 04.06.2014 | Saat: 19:54:00 | E-mail | Çapa göndər


Azərbaycanın "Azəri-Çıraq-Günəşli" dəniz neft yataqları blokunun işlənməyə başladığı vaxtdan indiyədək oradan 360 milyon ton neft hasil olunub. Bunu ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev çərşənbə günü Bakıda XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz-2014 (Caspian Oil&Gas) beynəlxalq konfransında deyib. Onun sözlərinə görə, göstərilən dövrdə blokdan 96 milyard kubmetr qaz hasil olunub. Abdullayev qeyd edib ki, proqnozlara görə, blokda neft hasilatının illik həcmi 34-35 milyon ton təşkil edəcək. ARDNŞ rəhbərinin sözlərinə görə, 2015-ci ildə Azərbaycanda qaz hasilatının həcmi (laylara vurulan qaz həcmləri nəzərə alınmadan) 20 milyard kubmetr olacaq. 2020-ci ildə isə bu göstərici 40 milyard kubmetrə çatacaq.
AÇG blokunun işlənməsi üzrə müqavilə 1994-cü ildə imzalanıb. Müqavilə 30 il qüvvədədir. Yatağın sübut edilmiş neft ehtiyatları təxminən bir milyard ton həcmində qiymətləndirilir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Azərbaycanın tranzit imkanları İsveçrədə təqdim olunub
18.09.2018
Bu il Dövlət İnvestisiya Proqramında azı 600 kəndin yolunun təmiri nəzərdə tutulub
18.09.2018
Prezident: Əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”
18.09.2018
Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info