Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır
Tarix: 04.06.2014 | Saat: 20:02:00 | E-mail | Çapa göndər


ABŞ Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında maraqlıdır və Azərbaycan bu prosesdə mühüm rol oynayır. Bunu ABŞ Dövlət Departamentinin enerji resursları üzrə baş müşaviri Daniel Ştayn Bakıda XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz-2014 (Caspian Oil&Gas) beynəlxalq konfransında deyib. Onun sözlərinə görə, Azərbaycanın göstərilən sahədə rolu xüsusilə Ukrayna böhranından sonra artıb. D.Ştayn qeyd edib ki, qlobal enerji bazarı inkişaf edir və Azərbaycanın enerji layihələri bu məsələyə kompleks yanaşmanın tərkib hissəsidir: "Enerji təhlükəsizliyi millətin təhlükəsizliyi deməkdir. Avropanın milli təhlükəsizliyi ümumi təhlükəsizliklə qarşılıqlı şəkildə sıx bağlıdır".
Müşavir qeyd edib ki, ötən ilin sonunda "Şahdəniz-2" layihəsi üzrə qəbul edilmiş yekun investisiya qərarı Avropanın enerji təhlükəsizliyi yolunda atılmış mühüm addımdır. "Cənub Qaz Dəhlizi" ilə nəql olunacaq Türkmənistan qazının Avropaya nəqlinin perspektivlərindən danışan DD nümayəndəsi qeyd edib ki, Aİ-nin Transxəzər qaz kəməri üçün hüquqi bazanın formalaşması üzrə Azərbaycan və Türkmənistan tərəfləri arasında danışıqlar çərçivəsində göstərdiyi səyləri tamamilə dəstəkləyir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info