Yaponiyanın Keio Universitetində Azərbaycana həsr olunmuş təqdimat keçirilib
Tarix: 04.06.2014 | Saat: 21:04:00 | E-mail | Çapa göndər


Yaponiyanın nüfuzlu ali təhsil ocaqlarından biri olan Keio Universitetində Azərbaycana həsr edilmiş təqdimat keçirilib. 1858-ci ildə yaradılmış Keio Universiteti Yaponiyanın ən aparıcı özəl universiteti hesab edilir.
Təqdimatda beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alan yerli və xarici tələbələr, aspirantlar və universitetin müəllim heyəti iştirak edib.
Tədbirdə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə çıxış edərək, ölkəmizin son illərdə qazandığı böyük uğurlar barədə ətraflı məlumat verib. O, Azərbaycanın dövlət atributları, coğrafi mövqeyi, təbiəti, əhalisi, dini tolerantlığı, iqtisadiyyatı, enerji siyasəti barədə geniş danışıb.
XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranması barədə məlumat verən diplomat onun müsəlman Şərqinin ilk demokratik parlamentli respublika olduğunu bildirib və 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini bərpa etməsi barədə məlumat verib.
Azərbaycanın müstəqilliyini bərpa etdiyi son 23 ildə dünya birliyinə inteqrasiyası istiqamətində uğurları, xüsusilə də Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, TAP və TANAP layihələri, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri kimi beynəlxalq iqtisadi layihələrdə rəsmi Bakının aparıcı mövqeyi diqqətə çatdırılıb. Səfir, həmçinin ölkəmizin dünyada atan nüfuzu, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki əhəmiyyətli rolu haqqında danışıb. Bundan əlavə, Azərbaycan hökumətinin qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirdiyi vurğulanmış, sənaye, turizm, kənd təsərrüfatı, alternativ və bərpa olunan enerji mənbələri sahələrində geniş imkanların mövcudluğu bildirilib.
Mühazirədə Azərbaycanın etibarlı tərəfdaş kimi beynəlxalq münasibətlər sistemində özünü doğrultduğu diqqətə çatdırılıb, ölkəmizin 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinin bunun bariz nümunəsi olduğu vurğulanıb.
Eyni zamanda, səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və ağır nəticələri barədə ətraflı məlumat verib, onun Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməsi ilə bağlı Yaponiyanın nümayiş etdirdiyi mövqeyi yüksək qiymətləndirib.
Diplomat Azərbaycan ilə Yaponiya arasındakı diplomatik əlaqələrin inkişafına və son dövrdə ikitərəfli münasibətlərdə əldə edilmiş nailiyyətlərə də toxunub.
2014-cü il fevral ayının 9-da Azərbaycanın Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinin qeyd edildiyini vurğulayan səfir ölkəmizin bu qədim və ayrılmaz hissəsi haqqında da ətraflı məlumat verib, onun tarixən çətin sınaqlarla dolu mürəkkəb və şərəfli yol qət etdiyini diqqətə çatdırıb. Naxçıvanın tarixi, mədəniyyəti, abidələri, turizm imkanları haqqında fotoşəkillər də təqdimatda öz əksini tapıb.
Sonra səfir iştirakçıların suallarını cavablandırıb.
Tədbirdə Azərbaycan haqqında videoçarx nümayiş etdirilmiş, yapon dilində nəşr edilmiş “İRS-İsan” jurnalının son buraxılışı iştirakçılara paylanıb.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib
19.09.2018
Çin xarici işlər naziri: “Azərbaycan dünyada ciddi nüfuzu ilə seçilən dövlətə çevrilib”
19.09.2018
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb
19.09.2018
“Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info