“Azərbaycanda miqrantların sosial müdafiəsinə xüsusi önəm verilir”
Tarix: 04.06.2014 | Saat: 21:25:00 | E-mail | Çapa göndər


Səlim Müslümov: “Azərbaycan ərazisinin 20 faizinin işğalı və bir milyondan artıq insanın məcburi miqranta çevrilməsi BƏT-in prinsiplərinin icrasında ciddi maneədir”

İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv-dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Beynəlxalq Əmək Konfransının 103-cü sessiyası keçirilir. Sessiyanın iyunun 4-də keçirilən plenar iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov çıxış edib. S.Müslümov iclasın mövzusuna uyğun olaraq, miqrasiya proseslərinin tənzimlənməsi, əməkçi miqrantların hüquqlarının təmin olunması ilə bağlı BƏT-in prinsiplərinin icrası sahəsində ölkəmizin malik olduğu uğurlu təcrübəni diqqətə çatdırıb. Nazir Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində əldə olunan dayanıqlı sosial-iqtisadi tərəqqi, həmçinin qeyri-neft sektorunun davamlı inkişafı, yeni iş yerlərinin yaradılması, əhalinin gəlirlərinin artımı barədə tədbir iştirakçılarına konkret göstəricilər əsasında məlumat verib: “Respublikada son on ildə iqtisadiyyata yatırılan investisiyaların həcmi 132 milyard dollar təşkil edib ki, bu məbləğin 80 faizi xarici investisiyalardan ibarət olub. 1,2 milyondan çox yeni iş yeri yaradılıb. Ölkədə işsizlik 5 faizədək, yoxsulluq səviyyəsi isə 5,3 faizədək azalıb”.
Nazir bildirib ki, Azərbaycanda davamlı makroiqtisadi tərəqqi, investisiya fəallığının yüksəlməsi, beynəlxalq əhəmiyyətli iri iqtisadi layihələrin işə salınması və digər amillər ölkəyə xarici əməkçi miqrantların axının sürətlənməsinə səbəb olub. Azərbaycan demokratik və hüquqi dövlət olaraq miqrant hüquqlarının təmin olunması ilə bağlı bir çox mühüm beynəlxalq sənədləri ratifikasiya edib və miqrasiya sahəsində bir sıra ikitərəfli sazişlər imzalayıb.
S.Müslümov miqrasiya sahəsində aparılan siyasətdə multikulturalizmin rolu ilə bağlı bildirib ki, Azərbaycanda ictimai-siyasi sabitliyin hökm sürməsi, multikulturalizmin həyat tərzinə çevrilməsi miqrasiya sahəsində mütərəqqi beynəlxalq prinsiplərə uyğun uğurlu siyasətin aparılmasına şərait yaradan əsas amillərdən biridir: “Azərbaycanın zəngin mədəni-mənəvi irsi və tolerantlıq ənənələri əsas götürülərək, həmçinin cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsinin zəruriliyi nəzərə alınmaqla, Prezident İlham Əliyev tərəfindən cari ilin may ayında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında fərman imzalanıb. Bütün bunlar bir daha göstərir ki, Azərbaycanda demokratik prinsiplər əsasında miqrantların hüquq və azadlıqlarının müdafiəsinə, onların sosial müdafiəsinin təmin olunmasına xüsusi önəm verilir”. Nazir tədbir iştirakçılarının diqqətini icazəsiz hərbi konfliktlərin və terrorizmin sosial hüquqların təmini, həm də yalnız bir ölkədə deyil, ümumən beynəlxalq müstəvidə sosial inkişaf perspektivləri üçün ciddi təhlükəyə çevrildiyinə yönəldib. S.Müslümov bildirib ki, Ermənistan tərəfindən Azərbaycanın ərazisinin 20 faizinin işğal olunması və bir milyondan artıq insanın doğma yurdlarından qovularaq məcburi miqranta çevrilməsi ölkənin sosial inkişafında, həm də BƏT-in müvafiq prinsiplərinin icrasında ciddi maneədir. Ona görə də bu problemin həlli istiqamətində beynəlxaq ictimaiyyətin səylərinin artırılmasına ehtiyac var.
Miqrasiya proseslərinin tənzimlənməsi və əməkçi miqrantların sosial müdafiəsinin inkişafında ikitərəfli və çoxtərəfli sazişlərin rolunu vurğulayan S.Müslümov işçi qüvvəsinin yerləşdirilməsi, qaçqın və məcburi köçkünlər, qeyri-leqal miqrasiya və s. ilə bağlı problemlərin həllində təxirəsalınmaz birgə tədbirlərin görülməsinin vacibliyini diqqətə çatdırıb.
Qeyd edək ki, iyunun 12-nə kimi davam edəcək sessiyada BƏT-in Konvensiya və Tövsiyələrinin icrası vəziyyəti, habelə “İcbari əmək haqqında” 1930-cu il Konvensiyasına dəyişikliklərin edilməsi, qeyri-formal iqtisadiyyatdan formal iqtisadiyyata keçidin dəstəklənməsi, məşğulluğun strateji məqsədləri və digər məsələlər müzakirə olunacaq.

İlkin







 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Problemli kreditlərlə bağlı 3 gündə 31 mindən çox şəxs kompensasiya alıb
25.04.2019
Milli zərgərlik sənətinə yiyələnən gənclərə sertifikatlar verilib - VIDEO
24.04.2019
3 ayda Azərbaycan əhalisinin gəlirləri artaraq 12 milyard manatdan çox olub
24.04.2019
Övladlığagötürmədə bu tələblər də əksini tapacaq
24.04.2019
Yaxın vaxtlarda yataqxanalardakı 1200 məcburi köçkün ailəsi yeni mənzillərə köçürüləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info