Vergi orqanlarında işləmək istəyən namizədlərlə görüş keçirilib
Tarix: 04.06.2014 | Saat: 22:08:00 | E-mail | Çapa göndər


İyun ayının 4-də Vergilər Nazirliyində vergi orqanlarına işə qəbul olunmaq üçün test imtahanından müvəffəqiyyətlə keçmiş 76 nəfər namizədlə görüş keçirilib.
İnsan resursları idarəsinin rəisi, baş vergi xidməti müşaviri Faiq Şahbazov işə qəbulun test mərhələsini müvəffəqiyyətlə başa vurmuş namizədləri salamlayaraq onları təbrik edib, yaxın günlərdə müsabiqə komissiyası tərəfindən keçiriləcək müsahibədə 70 baldan yuxarı toplamış bu gənclərin iştirak etmək imkanı qazandıqlarını bildirərək onlara uğurlar arzulayıb. İnsan resurslarının idarə olunmasının Vergilər Nazirliyi rəhbərliyinin daim diqqət mərkəzində saxlanıldığını vurğulayan idarə rəisi əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulayıb.
F.Şahbazovun sözlərinə görə, Vergilər Nazirliyi ölkəmizdə işə qəbulu test üsulu ilə keçirməyə başlamış ilk mərkəzi icra hakimiyyəti orqanıdır. İndiyədək keçirilmiş 9 belə müsabiqə nəticəsində vergi xidmətinə 1000 nəfərdən çox gənc kadr işə qəbul olunub, indi isə daha 76 nəfər namizəd növbəti mərhələdə öz qüvvələrini sınamaq imkanı qazanıb. Qeyd olunub ki, test imtahanında iştirak etmək üçün elektron ərizə ilə müraciət edən 2303 nəfərin 1931-nin sənədləri qəbul olunub, imtahanda 1390 nəfər iştirak edib. Test imtahanında uğur qazanmış 76 nəfər növbəti mərhələdə Vergilər Nazirliyinin Aparatında müsabiqə komissiyası tərəfindən müsahibədən keçməlidirlər. Bu mərhələdən də uğurla keçən namizədlər vergi orqanlarında işlə təmin olunmaq imkanı əldə edəcəklər.
Xatırladırıq ki, müsahibənin dəqiq vaxtı və nəticələri barədə Vergilər Nazirliyinin rəsmi internet saytında (www.taxes.gov.az) və kütləvi informasiya vasitələrində məlumat veriləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info