Xarici ölkələrin ali məktəblərində təhsil almaq üçün 900-ə yaxın namizəd qeydiyyatdan keçib
Tarix: 04.06.2014 | Saat: 22:10:00 | E-mail | Çapa göndər


2014-2015-ci tədris ili üçün "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na elan edilmiş müsabiqəyə sənəd qəbulu davam edir. Təhsil Nazirliyindən verilən xəbərə görə, artıq 900-ə yaxın namizəd qeydiyyatdan keçib. Bir neçə namizədlə müsahibə aparılıb, müsabiqənin növbəti mərhələsinə keçən namizədlər bu haqda müvafiq qaydada məlumatlandırılıblar. Hazırda müsahibə cədvəlləri hazırlanır, növbəti həftə üçün dəvətlər göndərilməyə başlanılıb. Ərizənin qəbulu zamanı texniki problemlər barədə esupport@edu.gov.az ünvanı ilə əlaqə saxlayan namizədlərin müraciətləri sayəsində ərizələrdə yaranmış bəzi nasazlıqlar operativ şəkildə aradan qaldırılıb və bu istiqamətdə işlər gələcəkdə də davam etdiriləcək. Dövlət Proqramı çərçivəsində təhsil alan tələbələr sırasında dünyanın ən nüfuzlu universitetlərində təhsil alanların sayı ilbəil artır. Artıq növbəti tədris ili üçün keçirilən sənəd qəbulunda da ilk müraciət edən namizədlər arasında dünyanın nüfuzlu ali məktəblərində (Harvard University, Yale University, Cambridge University və s.) təhsil almaq hüququ qazananlar var. Tez-tez verilən suallar bölməsinin yenilənməsi, sənəd qəbuluna dair müxtəlif formalı təlimatların hazırlanaraq vətəndaşların istifadəsinə təqdim olunması onların nazirliyə gəlmələrinin, telefon və digər vasitələrlə əlaqə saxlamalarının sayını müsbət mənada ciddi şəkildə azalıb. Bu da sənəd qəbulu, təhsil alan tələbələrin illik qeydiyyatı və digər məsələlərin daha çevik aparılması üçün işgüzar şəraiti münbitləşdirir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info