Tacikistanla əlaqələr genişlənəcək
Tarix: 05.06.2014 | Saat: 00:08:00 | E-mail | Çapa göndər


Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov bu ölkənin iqtisadi inkişaf və ticarət naziri, Tacikistan-Azərbaycan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının həmsədri Şarif Rahimzoda ilə görüşüb.
Görüşdə Azərbaycan və Tacikistan prezidentləri İlham Əliyev ilə Emoməli Rəhmon arasında səmimi münasibətlərin olduğu qeyd edilib. İki ölkə arasında əlaqələrin dərinləşdirilməsi üçün bütün imkanlardan istifadə edilməsinin zəruriliyi vurğulanıb.

Tərəflər bu il Düşənbədə Azərbaycan iş adamlarının iştirakı ilə biznes forumun keçirilməsi, ölkəmizin sənaye məhsullarının sərgisinin təşkili, nəqliyyat, təhsil sahələrində əməkdaşlıq, eləcə də birbaşa hava reysinin açılması məsələlərini müzakirə etmişlər.
Görüşdə geologiya, hidroenergetika-kiçik su elektrik stansiyalarının tikintisi, Tacikistan iqtisadiyyatına Azərbaycanın dövlət və özəl sərmayəsinin cəlb edilməsi və digər məsələlərlə əlaqədar fikir mübadiləsi aparılıb. Həmçinin qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanıb.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info