Putin: “Amerika bazaları dünyanın hər yerində var”
Tarix: 05.06.2014 | Saat: 00:27:00 | E-mail | Çapa göndər


“Rusiya Ukraynada sabitliyi pozmağa heç vaxt cəhd göstərməyib. Bəzi mətbu orqanların səsləndirdiyi qeyri-dəqiq məlumatlara rəğmən, bizim bu ölkədə heç bir hərbi qüvvəmiz, qoşunumuz yoxdur”.
Bunları Rusiya prezidenti Vladimir Putin Fransanın TF1 televiziya kanalına və “Europe1” radiostansiyasına verdiyi müsahibədə bildirib. “Ukraynanın cənub-şərqində də Rusiyanın heç bir hərbi qüvvəsi və ya hərbi təlimatçısı yoxdur” deyə Rusiya prezidenti jurnalistlərə əminliklə bildirib. Putinə ünvanlanmış «Rusiyanın Ukraynanı tərkibinə qatmaq üçün bu ölkədə sabitliyi pozmaq planı olubmu?» -sualına Putin belə cavab verib: “Xeyr, biz bu işlə heç vaxt məşğul olmamışıq və məşğul olmayacağıq».
Rusiya prezdentinin sözlərinə görə, Ukrayna hökuməti öz xalqına qarşı tank və təyyarələrdən istifadə etməməlidir, onunla dialoq qurmağı bacarmalıdır: “Harada yaşadığından asılı olmayaraq, hər bir kəsin öz hüququ var və bu hüquq qorunmalıdır”.
Bu arada məlum olub ki, Rusiya prezdenti Normandiyanın 70 illik yubileyi münasibətilə keçirilən təntənəli tədbirdə ABŞ prezidenti Barak Obama ilə görüşə bilər. Bu məsələyə münasibət bildirən Rusiya prezidenti Vladimir Putin ABŞ-lı həmkarı ilə dialoqa hazır olduğunu bəyan edib.
Qeyd edək ki, ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə prezident müşaviri Ben Rodos görüşün baş tuta biləcəyini istisna etməyib. O bildirib ki, iyunun 6-də Obama Putinlə görüşəcək, lakin onun sözlərinə görə, bu görüşün formal xarakter daşıyacağı hələ ki, planlaşdırılmayıb.
Bu ərəfədə ABŞ prezidenti Obama da görüşün mümkünlüyü barədə danışıb. «Məndə güman üçün heç bir səbəb yoxdur ki, Obama Rusiya prezidenti ilə görüşmək istəmir. Amma bu, onun seçimidir. Mən dialoqa həmişə hazıram». Bunları da Rusiya prezidenti fransız jurnalistlərinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ABŞ bu gün dünyada ən aqressiv və ən sərt siyasətini həyata keçirir: «Özü də ildən-ilə o, bunu daha da genişləndirir. Bizim ölkə xaricində heç bir hərbi qüvvəmiz yoxdur. Amma baxın, dünyanın hər yerində Amerika bazaları var. Onların öz sərhədlərindən minlərlə kilometr aralıda da hərbi qüvvələri var».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info