Obama: “Müttəfiq ölkələrin təhlükəsizliyinə dəstək verəcəyik”
Tarix: 05.06.2014 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


Avropaya səfərə çıxan ABŞ prezidenti Barak Obama Şərqi Avropadakı NATO üzvlərinin və müttəfiq ölkələrin təhlükəsizliyinin təmin edilməsi mövzusu üzərində xüsusi dayanıb. “RİA Novosti”nin məlumatına görə, Obama Varşavadakı çıxışında bildirib ki, ABŞ təkcə NATO ölkələrinin deyil, müttəfiq ölkələrin, o cümlədən Ukraynanın təhlükəsizliyini təmin etmək niyyətindədir:
“Bir gün əvvəl mən ABŞ-ın Şərqi Avropadakı hərbi mövcudiyyətinin gücləndirilməsi barədə yeni təşəbbüs elan etdim. Bu, bizim Ukrayna, Gürcüstan, Moldova kimi dostlarımızın təhlükəsizliyinin təmin olunması üçün onlara dəstəyin gücləndirilməsi mənasına da gəlir. Polşa, Latviya, Litva, Estoniya, Rumıniya heç vaxt təhlükə qarşısında tək qalmayacaq. Biz öz öhdəliklərimizi təsdiqləyirik. Biz təlimlər keçiririk, gəmilərimiz Qara dəniz və Baltik dənizindədir, ordumuz Polşa torpağındadır”. Obama bəyan edib ki, Vaşinqton bunu kimisə qorxutmaq üçün yox, öz müttəfiqlərini qorumaq məqsədilə edir. Obama demokratik dövlətlərin yeni Ukrayna hakimiyyətinə dəstəyini ifadə edərək Rusiya Federasiyasını Ukraynada vəziyyəti gərginləşdirməyə davam edəcəyi təqdirdə yeni sanksiyalarla hədələyib. ABŞ prezidenti bildirib ki, azad xalqlar çiyin-çiyinə dayanaraq Rusiyanın bundan sonrakı təxribatlarının bu ölkə üçün daha böyük təcrid və xərclər bahasına başa gəlməsinə nail olacaqlar: “Biz bir yerdəyik, ona görə ki, sülh və təhlükəsizlik uğrunda mübarizənin hər xalqın üzərinə düşən məsuliyyət olduğunu bilirik. İmperiyalar dövrü arxada qalıb. Böyük xalqlar kiçikləri qorxuda və ya onlara öz iradəsini sırıya bilməz”. Obama bəyan edib ki, ABŞ Rusiya tərəfindən Krımın ələ keçirilməsini tanımır: “Qələmin mürəkkəbi heç vaxt kiminsə torpağının oğurlanmasına xidmət edə bilməz, ona görə də biz Krımın işğalını və Ukraynanın suverenliyinin pozulmasını tanımırıq”. Obamanın sözlərinə görə, ukraynalılar öz etiraz aksiyaları ilə korrupsioner rejimi devirmək və xalqın maraqlarını qoruyan hakimiyyət qurmaq istəyib. ABŞ-ın dövlət başçısı başqa ölkələrin Ukraynanın daxili işlərinə qarışmasını yolverilməz adlandırıb.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info