Litva ictimaiyyəti Xocalı soyqırımı haqqında məlumatlıdır
Tarix: 05.06.2014 | Saat: 00:34:00 | E-mail | Çapa göndər


Şimali Avropanın ən qədim ali məktəbi olan Vilnüs Universitetində “Dağlıq Qarabağ probleminə geosiyasi perspektivlər prizmasından baxış” mövzusunda konfrans keçirilib. Konfrans Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant proqramına uyğun olaraq maliyyələşdirdiyi Litvanın Geosiyasi Araşdırmalar Mərkəzinin layihəsi çərçivəsində reallaşıb.
Şuradan bildirilib ki, konfransda Litvanın Mikolas Romeris, Vitaltas Maqnus, Vilnüs universitetlərinin professorları, “Baltik” Xəbər Agentliyinin və “Geopolitika.lt” portalının nümayəndələri, beynəlxalq hüquq üzrə tanınmış ekspertlər iştirak ediblər.
Çıxış edənlər Litvada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və Xocalı soyqırımına münasibətin beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə dəyişməsi meylini müşahidə etdiklərini bildiriblər. Vurğulanıb ki, son illərdə iki ölkənin vətəndaş cəmiyyətləri arasında əlaqələrin inkişafı nəticəsində Litva ictimaiyyəti artıq Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və Xocalı soyqırımı haqqında məlumatlıdır. Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəblərinə tarixi ekskursiya edən məruzəçilər problemin sülh yolu ilə və beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq həll edilməsinin vacibliyini vurğulayıb, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildiriblər.
Konfransda “Münaqişənin həllinə mane olan səbəblər”, “Xocalı soyqırımının dünyada baş verən kütləvi qətliamlarla müqayisəsi”, “Ərazi bütövlüyünün mərkəzi hakimiyyətin razılığı olmadan keçirilən lokal referendumlarla pozulmasının yolverilməzliyi”, “Etnik prinsiplər əsasında ölkələrin parçalanması: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi timsalında”, “Kənardan Qarabağ probleminə baxış” və digər mövzularda məruzələr dinlənilib.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info