Naxçıvanın 90 illiyinə həsr edilmiş tədbir
Tarix: 05.06.2014 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


“Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi - Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr olunmuş “Naxçıvan: tarix, müasirlik və gənclik” adlı tədbir keçirib. “Azadinform” xəbər verir ki, tədbirdə çıxış edən təşkilatın sədri Yəhya Babalı vurğulayıb ki, tədbir Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr olunub. O qeyd edib ki, tədbiri keçirməkdə məqsəd Azərbaycanın ayrılmaz tərkib hissəsi, hazırda blokada şəraitində olan Naxçıvana gənclərin diqqətini yönəltmək, qədim dövlətçilik ənənələrinə, zəngin mədəni irsə, mükəmməl coğrafi mövqeyə malik, görkəmli elm xadimləri, təkrarolunmaz sənətkarları, əvəzolunmaz tarixi şəxsiyyətləri ilə tanış etməkdir:
“Bununla belə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında mühüm rol oynayan bu diyarın Muxtar Respublika statusunun tarixi əhəmiyyəti barədə gənclərin maarifləndirilməsinə dəstək verməkdir. Elə rəhbəri olduğum təşkilat da Azərbaycanda yaşayan gənclərin həmrəyliyinə nail olmaqla, onlar arasında milli-mənəvi dəyərlərin qorunmasına, sağlam həyat tərzinin təbliğinə və gənclərin inkişafı naminə həyata keçirilən birgə tədbirlərdə iştirak etmək və onların maarifləndirilməsinə dəstək vermək məqsədi ilə təsis edilib. Biz bu cür tədbirlərin keçirilməsini gələcəkdə də davam etdirəcəyik”. Tədbirdə çıxış edən akademik Vəli Əliyev Türkiyənin Konya şəhərində keçirilən tədbirdən gənclərlə bağlı xoş təəssüratlarla gəldiyini deyib: “Türk gəncliyi nə qədər qüdrətlidir. Ümummilli lider Heydər Əliyev Azərbaycan gəncliyinə həmişə dəstək olub. Gənclik olmayan yerdə gül-çiçək bitməz”. Naxçıvanın tarixi haqqında danışan V.Əliyev qeyd edib ki, Naxçıvan dünyanın qədim mədəniyyət diyarlarından biridir. Qeyd edək ki, tədbir mövzu ətrafında çıxışlarla davam etdirilib.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb
17.01.2019
Külək dayanacağın damını uçurub
17.01.2019
Heyvan kəsimi ilə məşğul olanlarla görüşdə işin daha səmərəli təşkili məsələləri müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info