Vergilər Nazirliyi “Vergi dostları” layihəsi ilə əlaqədar dəyirmi masa keçirib
Tarix: 05.06.2014 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


Vergilər Nazirliyi Zaqatalada tədbir keçirib. Tədbirdə Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov, Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin rəisi Elçin Məmmədov, 13 saylı Ərazi Vergi İdarəsinin məsul şəxsləri, yerli icra hakimiyyəti orqanlarının və digər dövlət qurumlarının nümayəndələri, Balakən, Zaqatala və Qax rayonlarından olan vergi ödəyiciləri, “Vergi dostları” layihəsinin iştirakçıları və ictimai təşkilatların nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə vergilər nazirinin müşaviri Ələkbər Məmmədov açaraq, Azərbaycanda 2013-2020-ci illərdə vergi siyasətinin əsas istiqamətləri, ölkəmizin vergi sisteminin real vəziyyəti və onun perspektiv inkişaf təmayülləri haqqında dəyirmi masa iştirakçılarına ətraflı məlumat verilib. Qeyd edilib ki, Vergilər Nazirliyi vergilərə dair problemlərin açıq dialoq şəraitində müzakirəsi uçun geniş imkanlar yaradır və bu yeni platforma olduqca səmərəli nəticələr verir. Məqsəd milli vergi sisteminin dünya standartlarına uyğunlaşdırılması və ən müasir texnoloji əsaslarda inkişaf etdirilməsi ilə bağlı vergi ödəyiciləri və vergi orqanı əməkdaşlarının iştirakı ilə qarşılıqlı etimad şəraitində müzakirələrin aparılmasıdır.

Tədbirdə vurğulanıb ki, ərazi vergi idarələrinin və Vergi ödəyicilərinin xidmət mərkəzlərinin yerləşdiyi şəhər və rayon mərkəzləri istisna olmaqla, kənar kənd və qəsəbələrdə “Vergi dostları” şəbəkəsinin yaradılması da Vergi Nazirliyinin ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması üçün optimal və bütün tərəflər üçün faydalı hallar tapmağa yardımçı olan layihələrdən biridir.

Qeyd olunub ki, indiyədək respublikanın 53 rayonu üzrə 1541 nəfər müəllimə müvafiq təlim keçilmiş və “Vergi dostu” sertifikatı təqdim olunub. “Vergi dostu” olan şəxs yaşadığı ərazidə əhali arasında vergilərə dair məlumatlandırma, maarifləndirmə və təbliğat işlərini həyata keçirir, vergi sistemində tətbiq olunan elektron xidmətlər barədə vergi ödəyicilərini məlumatlandırır. Daha sonra Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin rəisi Elçin Məmmədov vergi ödəyicilərinə göstərilən xidmətlər barədə ətraflı məlumat verib, “Vergi dostları”na uğurlar arzulayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
149 667 manat gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info