“Cənub Qaz Dəhlizi sadəcə Azərbaycanın enerji ehtiyatlarının Avropaya nəqli üçün vacib layihə deyil”
Tarix: 05.06.2014 | Saat: 16:25:00 | E-mail | Çapa göndər


Rumıniyanın paytaxtı Buxarestdə Harvard Universitetinin "Qara Dəniz bölgəsində təhlükəsizlik" təlim proqramı keçirilir. 15 il əvvəl Harvard Universitetinin təşəbbüsü ilə təsis edilən bu proqram bölgədə mövcud olan təhlükəsizlik təhdidlərinin aradan qaldırılmasında regional faktorların rolunun artırılması imkanlarını tədqiq və təşviq edir. Rumıniya Prezident Administrasiyasının himayəsi ilə keçirilən bu ilki proqram "Enerji təhlükəsizliyi: problemlərin həllində innovativ qərarlar" mövzusuna həsr edilib.
Təlimin ilk günü Rumıniya Prezidenti Trayan Basesku iştirakçıları və məruzəçiləri öz iqamətgahında qəbul edib və Qara Dəniz bölgəsində təhlükəsizlik durumu və başlıca təhdidlər barədə çıxış edib. Daha sonra təlim Rumıniya parlamentinin binasında davam edib və iştirakçılar Rumıniya Baş Naziri Viktor Pontanın, NATO Baş katibinin müavini Sorin Dukarunun, Avropa Parlamentinin deputatlarının çıxışlarını dinləyiblər və müzakirələr aparıblar. Ümumiyyətlə, bir həftə ərzində davam edəcək təlim proqramında iştirakçı və mühazirəçi qismində 16 ölkədən 70-ə qədər dövlət rəsmisi, diplomat, akademik dairələrin nümayəndələri, habelə Avropa Birliyi və NATO-nun rəsmiləri və ekspertləri iştirak edir.
Təlim proqramına mühazirəçi qismində dəvət olunan BDU-nun Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müəllimi Bəxtiyar Aslanbəyli "Enerji təhlükəsizliyinin regional perspektivləri" sessiyasında mühazirə ilə çıxış edib. B. Aslanbəyli Qara dəniz və Cənubi Qafqaz bölgələrinin təhlükəsizlik durumunu müqayisə edərək ümumi məqamlara və təhdidlərə diqqət çədib.
Ekspert həmçinin Avropa ölkələrinin enerji təminatı ilə bağlı mövcud layihələrin bu bölgələrin təhlükəsizlik durumuna təsiri imkanları barədə danışıb. Xəzər hövzəsinin enerji ehtiyatlarının Avropaya nəqli, Cənub Qaz Dəhlizi və bu dəhlizin reallaşmasında bölgə ölkələrinin rolunu şərh edən B. Aslanbəyli bu prosesdə Azərbaycanın aparıcı mövqeyini xüsusilə vurğulayıb: "Cənub Qaz Dəhlizinin tikintisi yalnız Şah Dəniz yatağından Avropaya ildə 10 milyard kub metr qazın nəqli üçün əhəmiyyətli deyil. Bu tranzit infrastrukturunun reallaşması gələcəkdə qeyri-Şah Dəniz həcmlərinin Avropaya nəqli baxımından da əhəmiyyətlidir. Məhz bu səbəbdən, Cənub Qaz Dəhlizi sadəcə Azərbaycanın enerji ehtiyatlarının Avropaya çatdırılması üçün vacib layihə deyil, həm də Avropanın enerji təminatının daha geniş diversifikasiyasına xidmət edəcək və Avropaya yeni mənbələrdən yeni həcmlərin nəqlini mümkün edə biləcək strateji layihə kimi qiymətləndirilməlidir". B. Aslanbəyli mümkün risk faktorlarının və layihənin reallaşdırılması mərhələsində Azərbaycanın üzləşə biləcəyi potensial təhlükəsizlik təhdidlərinin AB tərəfindən də lazımınca dəyərləndirilməsinin vacibliyini də vurğulayıb. Ekspertin fikrincə, AB, NATO və digər beynəlxalq qurumlar hadisələrə post-faktum münasibət bildirməməli, əksinə mümkün riskləri əvvəlcədən qiymətləndirərək təhdidləri neytrallaşdırmağa çalışmalıdır.
Harvard Universitetinin "Qara Dəniz bölgəsində təhlükəsizlik" təlim proqramı iyunun 7-dək davam edəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info