Qərib Məmmədov İmişlidə vətəndaşları qəbul edib
Tarix: 05.06.2014 | Saat: 17:02:00 | E-mail | Çapa göndər


Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov İmişli şəhərində vətəndaşları qəbul edib.
Komitədən verilən məlumata görə, İmişlidə yerləşən Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Q.Məmmədov Biləsuvar, Beyləqan, Saatlı, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarından olan 40-dan çox vətəndaşı qəbul edib.
Qəbul zamanı vətəndaşların bəzisi Rusiya və digər xarici ölkələrin ərazisində müvəqqəti yaşamaları ilə bağlı onların adlarının yerli aqrar islahat komissiyasının səhvindən siyahıya salınmaması, mülkiyyətçilər arasında sərhəd mübahisəsi, bir qismi torpaq islahatı ilə bağlı müvafiq sənədlər işlənib tərtib edilərkən adlarında, soyadlarında və sair müəyyən texniki qüsurlara yol verildiyi barədə müraciətlər edib.
Müraciətlərdə qaldırılan məsələlərin həlli bilavasitə Komitəyə aid olduğu hallarda, mütəxəssislər vasitəsilə yerlərdə qəbul günü yer quruluşu ölçmə işləri aparılaraq torpaq sahələri həmin vətəndaşlara təkrarən tanıdılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info