TANAP 2026-cı ildə tam gücü ilə işləyəcək
Tarix: 05.06.2014 | Saat: 17:55:00 | E-mail | Çapa göndər


Azərbaycan qazının Türkiyə ərazisindən Avropa sərhədinə qədər nəqlinin təmin edəcək Trans-Anadolu qaz kəməri (TANAP) 2018-ci ilin ortalarında istismara veriləcək. Bunu ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakıda XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz-2014 (Caspian Oil&Gas) beynəlxalq konfransında deyib.
Onun sözlərinə görə, tam layihə gücü 31 milyard kubmetr olan qaz kəməri artıq 2026-cı ildə tam gücü ilə işə düşəcək. "Şahdəniz" yatağından qaz hasilatı barədə danışan ARDNŞ-nin birinci vitse-prezidenti bildirib ki, bu il iyunun birinə olan vəziyyətə görə, yataqdan 52 milyard kubmetrə yaxın qaz və 13,5 milyon ton kondensat hasil olunub. Yusifzadənin sözlərinə görə, iyunun birinədək yataqdan hasil olunan 28 milyard kubmetr həcmində qaz Türkiyəyə, eləcə də 3,9 milyard kubmetr həcmində Gürcüstana ixrac edilib. TANAP layihəsi "Şahdəniz" yatağından qazın Türkiyə ərazisindən Avropa ilə sərhədədək çatdırılmasını nəzərdə tutur.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info