Bakı 2015 Avropa Oyunları rəsmi bilet satışı tərəfdarını elan edir
Tarix: 05.06.2014 | Saat: 18:13:00 | E-mail | Çapa göndər


Bakı 2015 Avropa Oyunları Tickethour şirkətini rəsmi bilet satışı tərəfdarı kimi Avropa Oyunlarının sponsorluq proqramında salamlamaqdan məmnunluq duyur.
Məlumata görə, Tickethour şirkəti müasir proqram təminatı sistemini və idarəetmə komandasını təmin edəcək və bununla Bakı 2015-ə Avropanın yeni çoxsaylı idman yarışları ilə bağlı təxminən 1 milyon bilet satmaqda imkan yaradacaq.
Bakı 2015 üçün bilet satışı proqramına 2015-ci ildə başlanacaq. Tickethour şirkəti şəhərin mərkəzində yerləşdirilən bilet kassaları ilə yanaşı biletlərin yalnız onlayn satışına cavabdeh olacaq.
Oyunlar 19 idman növü üzrə olmaqla və 20 müxtəlif idman obyektlərində 320-dən artıq idman sessiyaları baş tutmaqla 2015-ci ilin 12 iyun tarixindən 28 iyun tarixinə kimi keçiriləcək.
Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: "Biz Tickethour şirkətini Avropa Oyunları ilə bağlı bütün bilet satışı xidmətlərinin təchizatçıları kimi Rəsmi Tərəfdar sponsorlarımızın sırasında salamlamaqdan şadıq.
Bizi qarşıda yalnız 12 aydan sonra həyata keçirilməli olan belə bir mürəkkəb bilet satışı əməliyyatının gözlədiyini nəzərə alsaq özümüzü xoşbəxt hiss edə bilərik ki, əsas çoxsaylı idman yarışları üçün yüksək səviyyəli bilet satışı xidmətlərinin göstərilməsində lazımi təcrübəyə və idman nailiyyətlərinə malik bir komanda ilə çalışırıq".
Tickethour şirkətinin sədri Corc Bolos (George Bolos) deyib: "Bu, bizim üçün maraqlı və əhəmiyyətli işdir və biz bütün səylərimizi, bilik və təcrübəmizi Bakı 2015-in əlçatan, səmərəli və etibarlı bilet satışı sistemi ilə təmin edilməsinə sərf edəcəyik.

Biz Azərbaycanda və Azərbaycandan kənardakı idman azarkeşlərinin yaddaqalan idman festivalından rahat şəkildə zövq almalarını təmin etmək istəyirik".
Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin Kommersiya şöbəsinin direktoru Çarli Vijeratna bildirib: "Səbirsizliklə növbəti 12 ayda Tickethour şirkəti ilə çalışacağımızı gözləyirik. Mən əminəm ki, onların dəstəyi ilə dünyanın hər yerindəki idman azarkeşləri üçün ədalətli, funksional və uğurlu bilet satışı proqramını təmin edəcəyik.
Eyni zamanda, onları Avropa Oyunlarının sponsorlardan ibarət ailəsində salamlamaqdan şadıq. İlk Avropa Oyunları üçün əməkdaşlıq dinamikası artmaqda davam edir. Biz çox qısa zamanda gələcək əlavə elanları gözləyirik".
Tickethour komandasının üzvləri 2004-cü ildə Afinada keçirilmiş Olimpiya və Paralimpiya Oyunlarında uğurlu bilet satışı əməliyyatlarının həyata keçirilməsinə görə cavabdehlik daşıyıblar. Tickethour şirkəti Yunanıstanda, Afina şəhərində yerləşir və Avropa, ABŞ və Orta Şərqdə fəaliyyət göstərir. Şirkət hər il bir neçə milyon biletin satışını idarə edir və əsas qlobal idman yarışları ilə bağlı bilet satışı xidmətlərinin göstərilməsində uğurlu təcrübəyə malik olduğunu sübut edib.

Tural




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
DİM qabiliyyət imtahanlarında edilən dəyişiklikləri açıqlayıb
25.04.2019
Müharibə veteranlarına birdəfəlik maddi yardımın verilməsi mayın 5-ə qədər yekunlaşacaq
24.04.2019
Azərbaycanda tullantılardan nə qədər elektrik enerjisi istehsal edilir?
24.04.2019
Həssas kateqoriyalardan olan daha bir qrup şəxs üçün özünüməşğulluq proqramı üzrə təlimə başlanıb
23.04.2019
Azərbaycanda Çernobıl əlilləri dövlətin qayğısı ilə əhatə olunublar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info