“Caspian Cup“ turnirinin qalibləri bəlli oldu
Tarix: 05.06.2014 | Saat: 18:14:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə 30 may – 4 iyun 2014-cü il tarixlərdə Bakı şəhərində intellektual oyunlar üzrə üçüncü beynəlxalq "Caspian Cup" ("Xəzər kuboku") turniri keçirilib.
Turnirdə Azərbaycan, Rusiya Federasiyası, Almaniya, İsrail, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Estoniya və Moldovadan olan 53 komanda "Nə? Harada? Nə zaman?", "Breyn-Rinq" və "Xəmsə" milli intellektual oyunu üzrə yarışlarda qalibiyyət uğrunda mübarizə aparıblar. Üç oyunun nəticələrinə görə ümumi hesabda qaliblər müəyyən edilib.
"Nə? Harada? Nə zaman?" oyunu üzrə qaliblər:
- 1-ci yer - Maksim Potaşovun komandası (Rusiya, Moskva);
- 2-ci yer - "Pentium" komandası (Gürcüstan,Suxumi);
- 3-cü yer - "Qvardiya" komandası t(Rusiya, Moskva).

"Breyn-Rinq" oyunu üzrə qaliblər:
- 1-ci yer - "Qvardiya" komandası (Rusiya, Moskva);
- 2-ci yer - "Blenderin oyunu" komandası (Qazaxıstan, Astana);
- 3-cü yer – Nigar İbrahimovanın komandası (Azərbaycan, Bakı)

"Xəmsə" milli intellektual oyunu üzrə qaliblər:
- 1-ci yer - Maksim Potaşovun komandası (Rusiya, Moskva),
- 2-ci yer - "Qalaxad" komandası (Gürcüstan,Tbilisi)
- 3-cü yer – Nigar İbrahimovanın komandası (Azərbaycan, Bakı)

Qaliblərə ənənəvi olaraq turnirin kuboku, eyni zamanda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyi tərəfindən təsis edilmiş müxtəlif qiymətli hədiyyələr təqdim edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Alma bağı salanlara şad xəbər!
21.09.2019
Azərbaycanda ata övladına Ərdoğan adı qoydu
20.09.2019
AccessBank-da vakansiya
20.09.2019
Bankda işləmək istəyənlərin nəzərinə
20.09.2019
“Veysəloğlu” işçi axtarır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10890

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info