Tibbi-sosial reabilitasiyanın inkişafına dair yeni strategiya hazırlanır
Tarix: 05.06.2014 | Saat: 18:53:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti çərçivəsində icra olunacaq “Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsinin fəaliyyət istiqamətləri üzrə görüləcək işlər müzakirə olunub. Layihənin məqsədi əlilliyi olan şəxslərin sosial müdafiəsi sahəsində qanunvericilik bazasının qabaqcıl Avropa ölkələrinin müvafiq təcrübəsi əsasında təkmilləşdirilməsi, tibbi-sosial reabilitasiyası sisteminin inkişaf etdirilməsidir. 2014-2016-cı illəri əhatə edən layihə çərçivəsində əlilliyi olan şəxslər üçün yeni reabilitasiya xidməti növlərinin formalaşdırılmasına ekspert dəstəyi, bu sahədə yeni strategiyaların hazırlanması, müvafiq kadr potensialının artırılması təmin olunacaq.
ƏƏSMN-nin mütəxəssislərinin və avropalı ekspertlərin iştirak etdiyi tədbirdə layihəyə uyğun olaraq, ölkəmizdə tibbi-sosial reabilitasiya sisteminin inkişafına dair strategiya sənədi və Master Planın hazırlanmasının nəzəri və texniki məsələləri ətrafında fikir mübadilələri aparılıb. Həmçinin əlilliyi olan şəxslər üçün fərdi dəstək planları və proqramlarının, onların tətbiqi üçün mexanizmlərin hazırlanması, sosial reabilitasiya metodlarının tətbiqi üçün pilot Əlillərin Bərpa Mərkəzlərinin seçilməsi məsələləri müzakirə edilib.
Hazırda Tvinninq layihəsinin bir neçə beynəlxalq eksperti ƏƏSMN-nin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin mütəxəssisləri ilə birgə yuxarıda qeyd olunan istiqamətlərdə təhlillərin aparılması və kadr potensialının gücləndirilməsi məqsədilə müzakirələr aparırlar.
Tədbirdə layihə çərçivəsində beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə xarici ölkələrə təlim səfərlərinin təşkili ilə bağlı görüləcək işlər də nəzərdən keçirilib.

İlkin




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10490

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info