“Qadınlar üçün ictimai vəkillik kampaniyalarının təşkili” adlı layihə icra edilir
Tarix: 05.06.2014 | Saat: 18:54:00 | E-mail | Çapa göndər


Qadın və Gənc Ailələrin Sosial İnkişafı İctimai Birliyi Çexiya Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Qadınlar üçün ictimai vəkillik kampaniyalarının təşkili” adlı layihənin icrasına başlayıb. Layihənin əsas məqsədi qadınların sosial aktiv qrup kimi formalaşması üçün vəkillik kompaniyalarının keçirilməsidir. Xaçmaz rayonunda layihə üzrə növbəti təlim keçirilib. Təlimə bu rayonda yaşayan dövlət və özəl qurumlarda, icmalarda, yerli QHT-lərdə çalışan qadınlar cəlb olunublar.
Təşkilatın sədri Tünzalə Cavadovanın verdiyi məlumata əsasən “Qadınlar üçün ictimai vəkillik kompaniyalarının təşkili” layihəsinin Bakı şəhəri, Quba-Xaçmaz və Lənkəran-Masallı rayonlarında keçirilməsi nəzərdə tutulub və beş ay müddətində qadınlar üçün vəkillik kompaniyaları və sosial dinləmələr keçiriləcək. Layihənin effektivliyini artırmaq üçün icra hakimiyyəti orqanlarının və cəmiyyətdə aktivlik göstərən qadınların layihə barəsində tövsiyələri dinlənəcək.
Ümid edirik ki, bu layihə qadınların aktivliyini və onların cəmiyyətdə məhsuldar rolunu artıracaq.

İlkin




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info