“Gələcəkdə Azərbaycanla İran arasında əlaqələrin daha da inkişaf edəcəyinin şahidi olacağıq”
Tarix: 05.06.2014 | Saat: 18:56:00 | E-mail | Çapa göndər


“Tehran-Bakı əlaqələri ən yüksək səviyyədədir və parlaq gələcəyə malikdir”. Bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin mətbuata açıqlamasında deyib.
Səfir iki ölkənin münasibətlərini korlamağa cəhd göstərən üçüncü qüvvələrin planlarının iflasa uğramasına işarə edərək qeyd edib ki, xoşbəxtlikdən hər iki ölkənin rəhbərləri bu qəbil təxribatçı qüvvələrin planlarını bilir və müdrikliklə qarşılıqlı münasibətləri davam etdirirlər: "Bizim müxtəlif ölkələrlə dostluq meyarımız bəzi dövlətlər və qeyri-hökumət təşkilatlarının siyasi baxışı deyil, xalqın rəyindən ibarətdir. Azərbaycan Respublikası ilə münasibətlərin möhkəmlənməsini də hər iki xalqın istəyi sayırıq".
M.Pakayin İran və Azərbaycan xalqlarının müştərək dərin mədəni köklərə malik olduğunu vurğulayaraq qeyd edib ki, bir-birinə bu qədər yaxın olan iki xalqa rast gəlmək olmur.
O, il ərzində bir milyon nəfərdən artıq Azərbaycan vətəndaşının İrana səfər etməsini faydalı bir iş sayaraq bildirib ki, bu qəbil əlaqələr İran həqiqətlərinin tanınması və millətçi qrupların təbliğatının təsirdən düşməsinə yardım edib.
İran səfiri bildirib ki, ulu öndər Heydər Əliyevin siyasəti İranla daimi dostluğa əsaslanırdı. Bu gün də Azərbaycan Respublikasında həmin siyasət davam etdirilir. İran rəhbərlərinin siyasəti də Azərbaycan Respublikası ilə münasibətlərin genişləndirilməsinə istiqamətlənib. Bununla bağlı iqtisadi planların icrası tədricən öz səmərəsini göstərəcək: "Biz gələcəkdə iki ölkə arasında olan əlaqələrin daha da inkişaf edəcəyinin şahidi olacağıq".
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info