XXI Xəzər Neft və Qaz Sərgisində “Alıcı ilə tanış ol“
Tarix: 05.06.2014 | Saat: 20:00:00 | E-mail | Çapa göndər


Qafqaz Universiteti iyunun 3-də başlayan “Alıcı ilə tanış ol” tədbiri çərçivəsində XXI Xəzər Neft və Qaz Sərgisində iştirak edir. BP özünün Azəri-Çıraq-Günəşli (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC), Şahdəniz (ŞD) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları adından üçüncü dəfə “Alıcı ilə tanış ol” tədbirini təşkil edib. Bakı Ekspo Mərkəzində keçirilən tədbir iyunun 6-dək ictimaiyyətin ixtiyarına verilib. Bu tədbir yerli şirkətlərə bacarıqlarını artırmaq, bizneslərini inkişaf etdirmək və öz potensial müştəriləri ilə əlaqələr yaratmaqda kömək etməklə, onların əməliyyatçısı olduğu layihələrdə iştirakını artırmaq barədə BP-nin üzərinə götürdüyü öhdəliyin bir hissəsidir. Hər il keçirilən Neft və Qaz Sərgisinin bir hissəsi kimi “Alıcı ilə tanış ol” tədbirinin daha çox sayda beynəlxalq müştəriləri neft və qaz sektorundakı yerli təchizat bazarını təmsil edən şirkətlərlə görüşlərə cəlb etməklə onların beynəlxalq bazarlara çıxışına yardım etməsi gözlənilir. Bu sərgi BP və tərəfdaşlarının sahibkarlığın inkişafı və təlim proqramında (SİTP) iştirak etmiş 70-dək yerli şirkətə potensial müştəriləri ilə üz-üzə görüşmək, onlarla əlaqələr qurmaq, öz bacarıq və imkanlarını nümayiş etdirmək üçün şərait yaradır. Bunlar biznes xidmətləri, əməliyyatlara dəstək, mühəndis-layihələşdirmə, tikinti, maddi-texniki təchizat, tullantıların idarə edilməsi və digər kateqoriyaları təmsil edən şirkətlərdir. Həmçinin sərgiyə dəvət olunan 500-dən artıq potensial alıcını öz potensial təchizatçıları ilə, habelə neft və qaz sənayesindəki yerli təchizat zəncirinin digər nümayəndələri ilə görüşməyə şərait yaradır.
Bu il BP və onun tərəfdaşları həmçinin Azərbaycanın neft-qaz yönümlü aparıcı ali təhsil müəssisələrinin də bu sərgidəki iştirakını dəstəkləyir. Bu universitetlərə Dövlət Neft Akademiyası, Bakı Ali Neft Məktəbi, Xəzər Universiteti və Qafqaz Universiteti daxildir. Bu tədbir həmin universitetlərin özlərini neft və qaz sənayesi, müəssisə və bacarıqların inkişaf etdirilməsi zəncirinin bir hissəsi kimi tanıtmaları üçün gözəl imkan yaradır.
“Alıcı ilə tanış ol” tədbiri çərçivəsində sahibkarlığın inkişafı və təlim proqramını nailiyyətlə başa vurmuş, özlərini və işcilərini inkişaf etdirən bir qrup yerli şirkətlərə BP və onun tərəfdaşlarının “Sahibkarlığın inkişafı” üzrə xüsusi mükafatları da təqdim ediləcək.

İlkin




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info