DSMF və Avropa İttifaqının birgə layihəsinin təqdimatı keçirilib
Tarix: 05.06.2014 | Saat: 20:31:00 | E-mail | Çapa göndər


“Fairmont Baku” hotelində sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti üzrə qanunvericiliyin hazırlanması sahəsində Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Avropa İttifaqının birgə layihəsinin təqdimatı keçirilib. Tədbirdə Avropa İttifaqının respublikamızdakı nümayəndəliyinin rəhbəri, bir sıra Avropa dövlətlərinin səfirləri, Dünya Bankı, BMT-nin İnkişaf Proqramı və digər beynəlxalq təşkilatların, Azərbaycan Respublikasının dövlət qurumlarının səlahiyyətli nümayəndələri iştirak ediblər. Avropa Tərəfdaşlıq və Əməkdaşlıq Aləti çərçivəsində təsdiqlənmiş və benefisiarı DSMF olan layihə Latviyanın Rifah Nazirliyi və Almaniyanın Əmək və Sosial İşlər Nazirliyi tərəfindən həyata keçiriləcəkdir. Layihənin reallaşdırılması ilə ölkəmizdə dövlət pensiya təminatı sistemində real yığım komponentinin, eləcə də qeyri-dövlət pensiya institutlarının fəaliyyətini tənzimləyəcək təkmil normativ hüquqi baza hazırlanacaqdır. Tədbirdə çıxış edən DSMF sədri Elman Mehdiyev ötən dövr ərzində ölkəmizdə uğurlu sosial siyasət və sürətli islahatlar nəticəsində müasir standartlara cavab verən sığorta-pensiya sisteminin qurulmasını vurğulayaraq qeyd edib: “Prezident İlham Əliyevin bu sahəyə daimi diqqəti və vaxtında qəbul etdiyi qərarlar nəticəsində ölkəmizdə vahid prinsiplər əsasında fəaliyyət göstərən və bütün işləyən əhalini əhatə edən, pensiyaların məbləğinin sistemə ödənilmiş sosial sığorta haqlarına bağlı olduğu, müasir çağırışlara çevik reaksiya verən sığorta-pensiya sistemi formalaşıb”. E.Mehdiyev bildirib ki, növbəti mərhələdə əsas prioritetlər sistemin maliyyə dayanıqlığının təmin edilməsi, əhalinin etibarlı pensiya təminatına nail olunması üçün məcburi dövlət sosial sığortasından əlavə təminata imkan verən mexanizmlərin formalaşdırılmasıdır. Bu məqsədlə dövlət pensiya təminatı sistemində yığım komponentinin tətbiqi, eləcə də qeyri-dövlət pensiya institutlarının təşkili nəzərdə tutulur. Sonra Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir xanım Malena Mard çıxışında Avropa İttifaqı ilə Azərbaycan arasında güclü əməkdaşlıq əlaqələrinin mövcudluğunu vurğulayaraq təmsil etdiyi qurumun ölkəmizdə həyata keçirilən layihələri barədə məlumat verib. Xanım Malena Mard təqdimatı keçirilən yeni layihənin Azərbaycanın sığorta-pensiya sahəsində aparılan islahatlara öz töhfəsini verəcəyinə əminliyini bildirib. Azərbaycan-Latviya arasında ikitərəfli əlaqələrin uğurla davam etməsindən məmnunluğunu bildirən Latviya Respublikasının Azərbaycandakı səfiri cənab Hardiys Baumanis ölkəmizdə sığorta-pensiya sahəsində həyata keçirilən islahatların əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Almaniya Federativ Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili cənab Volfqanq Mösinqer layihə çərçivəsində Almaniyanın Əmək və Sosial İşlər Nazirliyi ilə DSMF-nin qarşılıqlı əməkdaşlığının iki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edəcəyini qeyd edib. Tədbirin davamında layihə rəhbəri, Latviyanın rifah nazirinin müavini İngus Alliks, daha sonra isə layihənin tərəfdaş rəhbəri, Almaniyanın Əmək və Sosial İşlər Nazirliyinin nümayəndəsi Natali Belorgey müvafiq olaraq Latviyanın və Almaniyanın pensiya sistemləri barədə təqdimatlarla çıxış ediblər. DSMF-nin Hüquq və strateji araşdırmalar şöbəsinin müdiri Aynur Atayeva təqdimatla çıxış edərək tədbir iştirakçılarını Azərbaycanın sığorta-pensiya sistemində əldə olunmuş nailiyyətlər, növbəti mərhələdə qarşıda duran vəzifələr barədə məlumatlandırıb. Daha sonra Avropa İttifaqı üzrə layihənin rezident müşaviri Aqrita Qroza “Layihənin məzmunu və gözlənilən nəticələr” adlı təqdimatla çıxış edib. Tədbirdə həmçinin, Azərbaycan Beynəlxalq Bankının baş direktoru Elmir Həbibullayev bankın pensiya depoziti xidmətləri barədə məlumat verib. Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
İlkin




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info