“Qərb dövlətləri müsəlmanları bir-birinə qarşı qoymağa çalışırlar“
Tarix: 05.06.2014 | Saat: 20:51:00 | E-mail | Çapa göndər


“Qərb dövlətləri müsəlmanları bir-birinə qarşı qoymağa çalışırlar”. Bunu islamofobiya ilə bağlı jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.
QMİ sədri qeyd edib ki, hazırda dünyada islamofobiya və müsəlmanlar arasında parçalanma yaratmaq cəhdləri var və bu, göz qabağındadır: "Məsələn, Suriyada hər iki tərəfdən döyüşənlər müsəlmanlardır, hər iki tərəfdəkilər "Allahu Əkbər" deyir. Bu vəziyyəti yaradanlar kimlərdir?! Bu durumu məqsədli şəkildə yaradırlar. Dünyada dinlər, dövlətlər, xüsusən, müsəlmanlar arasında münaqişə yaradaraq onları zəiflədib, onların sərvətlərinə yiyələnmək istəyirlər. Bəzi dövlətlər, bəzi müsəlman xalqlar bunu dərk edir, təəssüf ki, bəziləri isə dərk etmir".
A.Paşazadə həmçinin deyib ki, İslamda müsəlmanın müsəlmanı öldürməsi haramdır. Onun fikrincə, bu məsələ əsasən Qərb dövlətlərinin marağındadır: "İslamda bir qardaşın qanı digər qardaşa halal deyil. Dünyanın hansı yerində olursa-olsun, müsəlman deyilən şəxsi öldürmək kafirlikdir. Bu məsələ o şəxsləri qane edir ki, o şəxslər müsəlman qanına susayıblar. Xüsusən, Qərb dövlətləri özləri birbaşa iştirak etməsələr də, vasitəçiləri bu prosesdə iştirak edirlər və müsəlmanları bir-birinə qarşı qoymağa çalışırlar".
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qarakənd səmasında baş vermiş faciədən 27 il keçir
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info