NDU-nun idman sahəsində qazandığı uğurlar
Tarix: 05.06.2014 | Saat: 20:54:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində son bir il ərzində müxtəlif miqyaslı (futbol, badminton, cüdo, sərbəst güləş, atletika və digər idman növləri üzrə keçirilən) yarışlarda yer tutan idmançı tələbələrlə universitetin rektoru, professor Saleh Məhərrəmovun görüşü olub. Görüşdə çıxış edən rektor, professor Saleh Məhərrəmov bildirib ki, Azərbaycan gəncliyinin fiziki inkişafına, sağlamlığına, hərbi vətənpərvərlik ruhunda böyüməsinə və asudə vaxtlarının səmərəli təşkilinə göstərilən diqqət və qayğının təzahürüdür ki, Azərbaycan idmançıları beynəlxalq çempionat və olimpiadalarda parlaq qələbələr qazanırlar. İdman sahəsində ixtisaslı mütəxəssis hazırlığı da daim diqqət mərkəzində saxlanılır. Rektor, universitetdə Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi, Bədən tərbiyəsi və idman ixtisasları üzrə ali təhsilli mütəxəssislər hazırlandığını bildirib. Saleh Məhərrəmov rəhbərlik etdiyi universitetdə digər sahələrdə olduğu kimi gənclərin fiziki tərbiyəsinə də xüsusi əhəmiyyət verildiyini, universitetdə tələbələrin fiziki tərbiyəsinin yüksək səviyyədə təşkili üçün yaxşı maddi-texniki baza yaradıldığını, lazım olan avadanlıqlar və ləvazimatlarla təchiz edildiyini vurğulayıb. Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq kafedrasının müdiri Məmmədəli Rəhimov çıxışında Naxçıvan Dövlət Universitetinin son bir ildə idman sahəsində qazandığı uğurlara nəzər salaraq, Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 91 illiyinə və Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə həsr olunmuş “Universiada - 2014” proqramı çərçivəsində keçirilən idman yarışlarının qələbələrlə yadda qalan olduğunu bildirib. Məmmədəli Rəhimov vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Futbol Federasiyasının birgə təşkil etdiyi futbol yarışlarında finala uğurla vəsiqə qazanan Naxçıvan Dövlət Universitetinin futbol komandası “Araz-2” komandasına qalib gələrək həm Naxçıvan Muxtar Respublika çempionatının, həm də Naxçıvan kubokunun sahibi olub. Qeyd olunub ki, bundan əlavə idmançı tələbələr futbol, badminton, cüdo, sərbəst güləş, şahmat, atletika və digər idman növləri üzrə keçirilən respublika, muxtar respublika yarışlarında universiteti uğurla təmsil ediblər. Universitetdə 2 ədəd idman meydançası, 3 ədəd idman zalı, 4 ədəd şahmat otağı, trinajor zalı tələbələrin istifadəsindədir.
Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh Məhərrəmov respublika, muxtar respublika yarışlarında qalib gəlmiş idmançı tələbələrə diplom, medal, fəxri fərman və kubokları təqdim edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Mina Qasımova
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info