“Rusiya Azərbaycanla strateji tərəfdaşlığın genişləndirilməsində maraqlıdır”
Tarix: 05.06.2014 | Saat: 21:09:00 | E-mail | Çapa göndər


“Rusiya Azərbaycanla strateji tərəfdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsində maraqlıdır”. “RİA Novosti”nin verdiyi məlumata görə, bunu RF Dövlət Dumasının sədri Sergey Narışkin Moskvada Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov ilə görüşü zamanı deyib.
S.Narışkin qeyd edib: "Əminik ki, biz parlamentarilər bu işə öz töhfəmizi əlavə edə bilərik".
Onun sözlərinə görə, parlamentlərarası qarşılıqlı fəaliyyət Rusiya ilə Azərbaycan arasında mövcud olan böyük siyasi dialoqun bir hissəsidir: "Parlamentlərarası qarşılıqlı fəaliyyət bütün sahələrdə - siyasi, ticarət-iqtisadi, humanitar sahələrdə əməkdaşlıq üçün belə rahat ab-hava yaradır".
O.Əsədov bildirib ki, Azərbaycan Rusiya ilə ikitərəfli münasibətlərin inkişafına böyük önəm verir. "Əminəm ki, belə səfərlər, görüşlər parlamentlərarası əlaqələri inkişaf etdirməyə imkan verir".
Onun sözlərinə görə, Azərbaycan-Rusiya münasibətləri artıq strateji tərəffdaşlıq səviyyəsinə yüksəlib.
Spiker xatırladıb ki, iyunda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun və Baş nazirin müavini Dmitri Roqozinin Azərbaycana səfərləri planlaşdırılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Azərbaycanlı deputat AŞPA-da gender bərabərliyinin vacibliyindən danışıb
21.01.2019
Bəzi parlamentarilər məsələnin məğzinə varmadan Azərbaycanın imicinə xələl gətirmək istəyirlər
21.01.2019
Müxalifət niyə ictimai asayişin pozulmasında maraqlıdır?
21.01.2019
Xaotik, zəif, sistemsiz aksiya: radikal qrupların sosial bazası yoxdur
21.01.2019
“Prezident məhkum Mehman Hüseynovun işinin obyektiv və ədalətli araşdırılması ilə bağlı tapşırıq verib”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info