Lukaşeviç: “Azərbaycan bizim Cənubi Qafqazdakı strateji tərəfdaşımızdır”
Tarix: 05.06.2014 | Saat: 22:21:00 | E-mail | Çapa göndər


“Azərbaycan Rusiyanın Cənubi Qafqazdakı strateji tərəfdaşıdır”. Bunu Rusiya XİN-in mətbuat katibi Aleksandr Lukaşeviç bu gün keçirdiyi brifinqdə bildirib.Rusiya xarici işlər naziri Sergey Lavrovun iyunun 17-18-də Azərbaycana səfər edəcəyini söyləyən A.Lukaşeviç bildirib ki, bu, artıq iki ölkənin xarici siyasət idarələri rəhbərlərinin cari il ərzində dördüncü görüşüdür: "Azərbaycan bizim Cənubi Qafqazdakı strateji tərəfdaşımızdır. 2013-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 3,5 milyard ABŞ dolları olub. Ticarət dövriyyəsinin həcmi 2012-ci illə müqayisədə 4% artıb. Rusiyanın ixracı təxminən 3 milyard dollar, idxalı isə 640 milyon dollar olub. Azərbaycanda 500-dən çox Rusiya kampaniyası fəaliyyət göstərir”.
A.Lukaşeviç qeyd edib ki, hazırda iqtisadi əməkdaşlıq üzrə Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının XVI iclasına hazırlıq işləri gedir: “Əməkdaşlığımızda ən vacib komponentlərdən biri Rusiyanın subyektləri ilə Azərbaycan arasında əməkdaşlığın inkişafıdır. İyunun 23-24-də Azərbaycanın Qəbələ şəhərində keçiriləcək V Azərbaycan-Rusiya regionlararası forumuna ümidlərimiz böyükdür. Keçən ilin avqustunda Azərbaycanla Rusiya arasında imzalanan humanitar sahədə əməkdaşlıq haqqında sazişə də xüsusi önəm veririk”

Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Ermənilər ayağa qalxdı: Sərkisyan bundan daha yaxşı idi
22.02.2019
Yerevanda taksi sürücüləri aksiya keçirib
22.02.2019
Moldova dövlət başçısına sui-qəsd təşkil ediləcək
22.02.2019
Ermənistanda intihara cəhd halları 20 faiz artıb
22.02.2019
Peskov: “KTMT-yə üzv dövlətlər arasında müəyyən fikir ayrılıqları var”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info