AMEA Kitabxanasında Naxçıvan MR-in 90 illiyinə həsr edilmiş sərgi
Tarix: 06.06.2014 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr edilmiş “Beynəlxalq münasibətlərdə Naxçıvan və müasir dövrdə inkişaf prosesləri” mövzusunda beynəlxalq elmi konfrans keçirib.
Bu münasibətlə Mərkəzi Elmi Kitabxana geniş ədəbiyyat sərgisi təşkil etmişdi. Burada 1200-dən çox Azərbaycan və xarici dillərdə ədəbiyyat nümayiş olundu. Sərginin müvafiq bölmələrində Naxçıvanın tarixi, ədəbiyyatı, iqtisadiyyatı, mədəniyyəti, elmi, maarifi və digər sahələr yer alıb. “Azərbaycan elminin inkişafında Naxçıvan” adlı bölmədə Naxçıvanda yaşayıb yaradan alimlərin əsərləri konfrans iştirakçılarına təqdim olundu. Həmçinin Naxçıvana aid ədəbiyyatların virtual görüntüləri, fotoşəkillər və Naxçıvan haqqında sənədli film də nümayiş etdirildi. Konfransda iştirak edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev, AMEA-nın müxbir üzvü Teymur Kərimli, Ərzrum Universiteti Tarix Bölümünün müdiri, professor Yavuz Aslan, rusiyalı professor Yuri Kuznetsov, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəsi Bəxtiyar Əsgərov və digər qonaqlar sərgi ilə yaxından tanış oldular. Sərgi konfrans iştirakçılarının böyük marağına səbəb oldu və onlar yubiley tədbirinin əyaniliyinə səbəb olan belə bir sərgi təşkil etdiyinə görə Mərkəzi Elmi Kitabxananın rəhbərliyinə və əməkdaşlarına öz minnətdarlıqlarını bildirdilər.
Rəşad Sahil




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info